“İqtisadi artım və ictimai rifah” jurnalının yeni nömrəsi çap olunub
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun “İqtisadi artım və ictimai rifah” jurnalının 2021-ci il üçün ikinci nömrəsi oxuculara təqdim olunub.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, jurnalın bu sayında “Postneft dövründə Azərbaycanda makroiqtisadi göstəricilərin əlaqələrinin COVID-19 pandemiyası və neft qiymətlərinin nəzərə alınması ilə dinamik modelləşdirilməsi”, “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı istiqamətləri”, “Azərbaycanda innovasiyalı iqtisadiyyatın inkişafı və bu prosesə təsir edən amillər” və digər aktual mövzularda elmi məqalələr yer alıb.
İldə 4 dəfə nəşr olunan jurnalın baş redaktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli, baş redaktorun müavini, professor Müşfiq Atakişiyev, məsul katibi iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədovdur. Jurnal iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində dərc edilir. Jurnalın elektron variantı İqtisadiyyat İnstitutunun saytında (economics.com.az) yerləşdirilir, burada məqalələrlə elektron qaydada da tanış olmaq mümkündür.