İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN M Ə L U M A T I
Rumıniyanın Buxarest şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Konrad Adenauer Fondu arasında əməkdaşlıq çərçivəsində “Kiçik və orta müəssisələrin dəstəklənməsində ticarət və sənaye palatalarının rolu” mövzusunda işçi seminar keçirilmişdir.
Seminarda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan, Albaniya, Moldova, Gürcüstan, Ermənistan, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya nümayəndələri, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Bistrianu Yon və Konrad Adenauer Fondunun Türkiyədəki nümayəndəsi Vulf Şonbom iştirak etmişlər.
Şuranın iclasına Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini və Konrad Adenauer Fondunun Türkiyədəki nümayəndəsi sədrlik etmişlər.
Işçi seminarda iştirak edən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri kiçik və orta sahibkarlığın inkişafında dövlət təminatına, nazirlik tərəfindən sahibkarlığın inkişafı istiqamətində görüləcək işlərə dair geniş məlumat vermişlər.
Seminar iştirakçıları Buxarestin sənaye müəssisələrində Rumıniya Kiçik və Orta Sahibkarlığın İnkişafı Nazirliyi və Rumıniya Sənaye Palatası tərəfindən təşkil olunmuş görüşlərdə ölkədə sahibkarlığın inkişafı təcrübəsi ilə tanış olmuş, geniş fikir mübadiləsi aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Yardımlı rayonunda zəlzələ olub
- [16:47]
Qubada qanunsuz tikili sökülüb
- [10:45]
Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir
- 18.04.2025 [23:48]
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib
- 18.04.2025 [21:26]
Bakıda türkiyəli rəssamın sərgisi açılıb
- 18.04.2025 [19:53]
“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
- 18.04.2025 [19:20]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 18.04.2025 [19:13]
Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb
- 18.04.2025 [19:11]
Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib
- 18.04.2025 [19:03]
® “Ziraat Bank” Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurub
- 18.04.2025 [18:56]
“İRS” jurnalının yunan dilində növbəti nömrəsi işıq üzü görüb
- 18.04.2025 [18:54]