Azərbaycan Dövlət İnformasiya Agentliyi

İran hansı haqla İslam dünyasını Azərbaycanı pisləməyə çağıran müraciət qəbul edib?!

İran hansı haqla İslam dünyasını Azərbaycanı pisləməyə çağıran müraciət qəbul edib?!

Bakı, 7 aprel, AZƏRTAC

İran parlamentinin qətnaməsi son aylar Azərbaycanın güc və təhlükəsizlik strukturlarının Tehranda ölkəmizin səfirliyi də daxil olmaqla, Azərbaycan əleyhinə həyata keçirilən terror aktlarına, İranın ölkə daxilindəki agentura şəbəkəsinə qarşı apardığı genişmiqyaslı əməliyyatlara cavab olaraq qəbul edilib. Ümumiyyətlə, İran dövlət və parlament səviyyəsində terroru dəstəkləyən və ona haqq qazandıran ölkədir. İran parlamenti, heç şübhəsiz, müasir tarixdə öz xalqına qarşı qətliama çağırışla bağlı sənəd qəbul edən ilk və tək parlamentdir. Keçən il noyabrın 8-də İran parlamenti ölkədə etiraz aksiyaları keçirən insanları edam etməyə çağırış əks olunan qərar qəbul etdi. Parlamentin həmin qərarından sonra BMT İnsan Haqları Şurası və bir sıra beynəlxalq insan haqları təsisatları İranda etirazlar zamanı həbs edilmiş 14 mindən çox insanın edam oluna biləcəyi ilə bağlı həyəcan təbili çaldılar. Ən dəhşətlisi də o idi ki, İran parlamentinin 290 deputatından 227-si öz xalqına qarşı qətliam və terrora çağırış yönümlü qətnamənin lehinə səs verdi. Onu da qeyd etmək yerinə düşər ki, İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq 1979-cu ildən verilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.

Politoloqun sözlərinə görə, ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən 48 səhifəlik “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi” adlı hesabatında İranın hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün azı 16 milyard dollar vəsait xərcləməsi haqqında məlumatlar var. İran xalqı iqtisadi problemlər içində boğulduğu bir zamanda Tehran dövləti terror aktlarına 16 milyard dollardan çox vəsait xərcləyib. Hesabatda xərclərin bölgüsü belə göstərilir ki, İran Livanda “Hizbullah” üçün illik 700 milyon, Suriyada Əsəd rejiminə 4,7 milyard, Yəməndə Husulərə ildə 100 milyon, İraqda “Şiə keşikçiləri” təşkilatına isə 100 milyon dollar ödəyib. Azərbaycana qarşı qəbul olunan qətnamədə diqqəti çəkən əsas məqam Fələstin və Qüds məsələlərinin ön planda olmasıdır. Maraqlıdır ki, İran xaricdə terror fəaliyyətinin ideoloji əsası kimi məhz Fələstin və Qüdsü qabardır. Diqqətçəkən məqam budur ki, İran xaricdə terror fəaliyyətinə 16 milyard xərclədiyi halda terror ixracının ideologiyası olan Qüdsə və Fələstin xalqına heç vaxt ciddi dəstək verməyib. Hər şey açıq-aydın göz önündə ikən İranın Azərbaycana qarşı davranışları, bəyanatları, sadəcə, ikrah doğurur. Ölkəmizin əleyhinə qətnamə qəbul edən cənub qonşumuz yalan məlumatlar yaymaqdan da çəkinməyiblər. Qətnamədə guya Azərbaycanın Qüdsdə səfirlik açan ilk müsəlman ölkəsi olduğu iddiası yer alıb. Deyilənlərin yalan olduğunu sübut etmək üçün İsrail Xarici İşlər Nazirliyinin saytında həmin ölkədə səfirliyi olan ölkələrin siyahısına baxmaq kifayətdir. İsraildə səfirliyi fəaliyyət göstərən müsəlman ölkələri arasında Türkiyə, BƏƏ Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş, Misir kimi ölkələrin adlarını görməmək mümkün deyil. Azərbaycan müsəlman ölkəsi kimi heç postsovet ölkələrinin sırasında belə İsraildə səfirlik açan ilk müsəlman ölkə deyil. Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan kimi ölkələrin İsraildə səfirliyi ilə bərabər, bir neçə şəhərində konsulluq mərkəzləri də fəaliyyət göstərir. İsraillə Azərbaycan arasında 30 ildir dostluq münasibətləri mövcuddur. Azərbaycan İsrail üçün mühüm tərəfdaş və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətəni olan ölkədir. İsraildə səfirlik açmaq qərarı iki ölkə arasında əlaqələrin dərinliyini əks etdirsə də, bu addım həm də İsrail hökumətinin müsəlman dünyası ilə güclü diplomatik körpülər qurmaq səylərinin Azərbaycan tərəfindən dəstəklənməsidir. Azərbaycan sülhpərvər bir ölkə kimi Yaxın Şərqdə sülh və sabitliyi İsrail-Fələstin münasibətlərinin normallaşmasında görür. Təsadüfi deyil ki, İsraildə səfirliklə paralel, Fələstində də konsulluq nümayəndəliyimiz açılıb. İsrailin müsəlman vətəndaşları ilə Fələstinin yəhudi vətəndaşları arasında güvən və etibarın təmin edilməsi iki ölkə arasında sülhün formalaşmasında vacib rol oynaya bilər. Bu isə hər iki ölkə, ümumilikdə isə Yaxın Şərq regionu üçün xeyirlidir.

Y.Hacıyeva bildirib ki, qətnamədə İranın sionist nağıllar kontekstində qabartmağa çalışdığı dini məqamlara bir də İranın Ermənistanın münasibətləri müstəvisində diqqət yetirmək vacibdir. Belə ki, ötən il Ermənistanın baş naziri Nikol Paşinyanın İrana işgüzar səfəri çərçivəsində 2023-cü ilin yazında 7,2 kilometrlik “Qacaran” tunelinin tikintisinə başlamaq haqqında razılaşma əldə edildi. Nəzərdə tutulan tunelin tikintisinin maliyyə təminatçısı İranın Ali Dini Liderinin fondudur. Bu il Ermənistana səfər edən İranın əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi bildirib ki, İran Ermənistanla ən yaxşı təcrübələri bölüşməyə və Ermənistan ordusunun 2020-ci il müharibəsi zamanı əlil olmuş əsgərlərinə reabilitasiya xidmətləri göstərməyə hazırdır. Əldə olunan razılaşmaya görə, 2020-ci il müharibəsi zamanı əlil olmuş erməni əsgərlərinin bir qrupu müalicə məqsədilə İrana yollanıb.

“İranın Əmək və Sosial Rifah Nazirliyinin fəaliyyəti ölkə büdcəsi ilə paralel, həmin ölkənin Ali Dini Liderinin Fondunun ianələri hesabına həyata keçirilir. Hər il Azərbaycandan, Rusiyadan və digər postsovet ölkələrində yaşayan azərbaycanlılardan milyonlarla dollar həcmində maliyyə xüms və şəhriyyə məqsədilə həmin fonda göndərilir. İndi aydın olur ki, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin fondu onu səmimi təqlid edən azərbaycanlıların maliyyəsi hesabına Ermənistana tunel tikir, dünya müsəlmanlarının xüms və şəhriyyələrinin hesabına 44 gün ərzində 3 minə yaxın müsəlmanı öldürən erməni əsgərlərini müalicə etdirir və s. Bu ilin əvvəlində İran bu ölkəyə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı müqəddəs yerlərdən olan Qum şəhərində məscidə və Həzrəti Fatimə Məsumənin məqbərəsinə apardı.

İran ermənilərin vaxtilə işğal etdikləri torpaqlarımızdakı məscidləri məhv etməsini, donuz axuruna çevirməsini 30 il səssiz izlədi, Birinci Qarabağ müharibəsində əsir götürülən müsəlman qadınların, azyaşlı qızların təcavüz olunmasına etiraz etmədi. 44 günlük Vətən müharibəsində müsəlmanları şəhid edən, şirin yuxuda olarkən körpələri raket atəşi ilə öldürən erməni əsgərlərinin dini liderin dünya müsəlmanlarından yığdığı xümslərin hesabına müalicə etdirilməsinə İran parlamenti bir dəfə də olsun səsini çıxarmadı. Buradan haqlı olaraq bir sual çıxır: İndi İran parlamenti hansı mənəvi haqla İslam dünyasını, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanı pisləməyə çağıran müraciət-bəyanat qəbul edib?”, - deyə Y.Hacıyeva fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb