İran Hörmüz boğazında təhlükəsizlik qaydalarını pozan gəmilərə xəbərdarlıq edib
Bakı, 27 oktyabr, AZƏRTAC
İran Silahlı Qüvvələri Hörmüz boğazında müəyyən edilmiş marşrutlardan yayınan və təhlükəsizlik qaydalarını pozan gəmilərin ciddi risklərlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandanı Əli Əbdüllahi bildirib.
“Press TV” telekanalının onun sözlərinə istinadla yaydığı məlumata görə, müəyyən edilmiş marşrutdan yayınan və ya İranın müvafiq prosedurlarına əməl etməyən gəmilər ciddi ziyanla üzləşə bilər.
Ə.Əbdüllahi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun Körfəz, adalar və Hörmüz boğazı üzərində nəzarəti saxladığını bildirib. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri Körfəz, Hörmüz boğazı və Oman körfəzinin sahil ərazilərində yüksək hazırlıq vəziyyətindədir.
İranlı komandan ABŞ rəsmilərinin Hörmüz boğazının gəmiçilik üçün açıq olması ilə bağlı bəyanatları ilə də razılaşmadığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:59]
Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib
- 27.10.2026 [11:43]
Saçını düzləşdirən qadın xəstəxanalıq olub
- 27.10.2026 [10:32]
İsraildə parlament seçkiləri keçirilir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]