DÜNYA
İRAN PREZİDENTİ: NARKOTİKLƏRLƏ MÜBARİZƏ SON DƏRƏCƏ MÜRƏKKƏB XARAKTER ALIR
İran Prezidentinin fikrincə, bu bəla ilə mübarizə kampaniyası kəndliləri narkotik maddələr istehsalı üçün xammal yetişdirməyə məcbur edən maliyyə səbəblərinin kökünün kəsilməsinə yönəldilməlidir.M.Xatəmi vurğulamışdır ki, beynəlxalq birlik Əfqanıstanda narkotiklərin istehsalı ilə mübarizəni və bu ölkənin bərpasına yardım göstərilməsini diqqət mərkəzində saxlamalıdır.
Antonio Maria Kosta demişdir ki, onun təşkilatı Kabildə nümayəndəliyini açmışdır. O, ümidvar olduğunu bildirmişdir ki, İran bu nümayəndəliklə əməkdaşlıq edəcəkdir. BMT Baş katibinin müavini Əfqanıstanda xaşxaş əkinlərinin digər kənd təsərrüfatı bitkiləri ilə əvəz edilməsi istiqamətində Tehranın mühüm addımlar atmasını yüksək qiymətləndirmişdir.