İranın nüvə proqramına dair Vyana görüşü ciddi nəticələr əldə edilmədən başa çatıb
Vyana, 29 iyun, AZƏRTAC
İranın nüvə proqramına dair beynəlxalq sazişin xilas edilməsi istiqamətində Vyanada keçirilmiş görüş tərəflər arasında ciddi yaxınlaşma olmadan başa çatıb.
AZƏRTAC xəbər verir ki, İran tərəfi görüşdə əldə edilmiş müəyyən irəliləyişlərə rəğmən nüvə razılaşmasından qismən çıxmağa dair planlarını həyata keçirəcək. Bu barədə İranın Xarici İşlər Nazirinin müavini Abbas Araqçı üç saatlıq görüşdən sonra mətbuata açıqlamasında bildirib.
Abbas Araqçı qeyd edib ki, o, görüşün yekunları barədə rəsmi Tehranı məlumatlandıracaq, lakin görüşdəki müəyyən irəliləyişlərin yetərli addımlar kimi dəyərləndirilməsini mümkün hesab etmir. İran tərəfi Almaniya, Böyük Britaniya və Fransanın təşkil etdiyi və İranla ticari əlaqələri asanlaşdırmağa xidmət etməli olan İNSTEX platformasını qeyri-işlək mexanizm kimi görür. Bu platformanın ciddi mexanizm ola bilməsi üçün onun neft ixracını da əhatə etməsi həlledici amildir.
Yaxın gələcəkdə İranın nüvə proqramı ilə əlaqədar nazirlər səviyyəsində növbəti görüşün keçiriləcəyi gözlənilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]