İRAQ STRATEGİYASI ÜÇÜN ABŞ-A DAHA 87 MİLYARD DOLLAR TƏLƏB OLUNUR
AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqtondan xəbər verir ki, bu vəsaitin 66 milyard dolları İraq, Əfqanıstan və digər bölgələrdə hərbi və kəşfiyyat əməliyyatlarına, qalan hissəsi isə İraq və Əfqan xalqlarının dövlət quruculuğuna yardım məqsədi ilə sərf ediləcək.
Prezident demişdir ki, hazırda İraqda 130 min nəfərlik Amerika qoşunu vardır və onlara 29 dövlətdən daha 20 min hərbçi qoşulub. Britaniya və Polşanın başçılığı altında xidmət edən çoxmillətli iki diviziyaya daha bir diviziyanın qoşulmasına ehtiyac vardır. Amma bəzi ölkələr qoşunlarını İraqa göndərmək üçün hələ də BMT Təhlükəsizlik Şurasının icazəsini tələb edirlər.
Corc Buş İraqda Amerikanın başçılığı altında çoxmillətli hərbi qüvvələrin təşkili haqda müvafiq qətnaməni Təhlükəsizlik Şurasına təqdim etmək üçün dövlət katibi Kolin Pauellə tapşırıq vermişdir.
Bu ayın sonunda dövlət katibi Kolin Pauell Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində dövlət başçıları ilə görüşərək Əfqanıstanın bərpasına maliyyə yardımlarını müzakirə edəcək. Gələn ay isə o, İraqa dair eyni mövzulu konfrans keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]