İSİM-in nümayəndəsi İzmirdə ÜST-nin təlimlərində iştirak edib
Bakı, 13 iyul, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “PROACT-Qayğı” layihəsi çərçivəsində Türkiyədə keçirilən təlimlərdə iştirak edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndəsinə sertifikat təqdim olunub.
AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, ÜST-nin “PROACT-Qayğı” layihəsi çərçivəsində Türkiyənin İzmir şəhərində keçirilən təlimlərdə iştirak edən nümayəndələrə sertifikatlar təqdim olunub. Nümayəndələr arasında İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin həkim metodisti Vəfa Ağayeva da var.
"PROACT-Qayğı” layihəsi Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur. Bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər.
ÜST-nin Azərbaycandakı nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.