İslamiada: Taekvandoçumuz Ramin Əzizov ilk döyüşdə qalib gələrək yarımfinala yüksəlib
Bakı, 18 may, AZƏRTAC
“Bakı-2017”də kişilər arasında taekvando yarışlarında ölkəmizi təmsil edən Ramin Əzizov (87 kq) dörddəbir finalda iordaniyalı Anas Sadek ilə üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, qarşılaşmada rəqibinə 27:8 hesabı ilə qalib gələn taekvandoçumuz İslamiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb.