İSMAYILLIDA BİR GÜNDƏ İKİ YENİ ORTA MƏKTƏB BİNASININ AÇILIŞ MƏRASİMLƏRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər iki obyekt Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun vəsaiti hesabına inşa edilmişdir. Müasir üslubda tikilən məktəblərdə inşaat işlərini “İsmayıllı SMD-27” səhmdar cəmiyyətinin kollektivi həyata keçirmişdir.
Yeni ümumtəhsil müəssisələri lazımi avadanlıqlarla təhciz edilmiş və tədrisin müasir tələblər səviyyəsində aparılması üçün burada hər cür şərait yaradılmışdır.
Dekabrın 4-də hər iki orta məktəb öz qapılarını şagird və müəllimlərin üzünə açmışdır. Bu münasibətilə kəndlərdə açılış mərasimləri keçirilmişdir.
Respublikanın təhsil naziri Misir Mərdanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Əhliman Tağıyev, məcburi köçkünlərin sosial inkişaf fondunun icraçı direktoru Fikrət Topçubaşov mərasimlərdə çıxış edərək təhsilə göstərilən dövlət qayğısından, bu sahədə islahatların uğurla həyata keçirilməsindən bəhs etmiş, məktəblərin pedaqoji işçilərinə, şagirdlərə göstərilən qayğı və diqqətə görə ümummilli liderimiz Heydər Əliyevə, onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etmişlər.