İsmayıllıda Dünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibətilə təlim keçirilib
Bakı, 8 may, AZƏRTAC
Dünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında imzalanmış Əməkdaşlıq Memorandumuna uyğun olaraq taktiki təlim-məşq tədbiri keçirilib. İsmayıllı rayonu Peşə Tədris Mərkəzində təşkil olunmuş tədbir “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində baş tutub.
AZƏRTAC xəbər verir ki, təlimin gedişində şərti olaraq zəlzələ nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, yerli idarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətdə təhlükəli ərazilərdən insanların təxliyəsi, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralılara xəstəxanaya qədərki ilk yardımın göstərilməsi və stress halına düşmüş insanlara ilk psixoloji dəstəyin verilməsi, ictimai asayişin qorunması və ümumiyyətlə fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması sahəsində birgə tədbirlər nümayiş etdirilib.
Təlimə, həmçinin İsmayıllı Rayon İcra Hakimiyyətinin, Daxili İşlər və Səhiyyə nazirliklərinin əməkdaşları və texniki vasitələri də cəlb olunub.
Təlim başa çatandan sonra fəal iştirak edənlərə diplom və hədiyyələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]