İSMAYILLIDA ÜZÜM İSTEHSALI KEÇƏN İLƏ NİSBƏTƏN İKİ DƏFƏ ARTMIŞDIR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirildiyi İsmayıllı rayonunda üzümçülük sürətlə inkişaf etdirilir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bu barədə AZƏRTAC-a verilən məlumatda göstərilir ki, hazırda plantasiyaların sahəsi 703 hektara çatdırılmışdır. Bağların 296 hektarı üzümçülük sahəsində böyük ənənələri olan İvanovka kəndi ərazisindədir. “Monolit” şirkəti Mollaisaqlı və Hacıhətəmli kəndləri ərazilərində geniş plantasiyalar salmışdır. Bu ərazilərdə indi şirkətin 254 hektar üzüm bağı vardır. Hazırda daha 20 hektarda plantaj şum qaldırılmışdır. Həmin sahədə yeni üzümlüklər salınacaqdır.
Rayon üzrə plantasiyaların 491 hektarı məhsuldardır. Təkcə carı mövsümdə bağlardan 2.902 ton məhsul yığılmışdır. Bu, keçən ildəkindən 1.002 ton çoxdur. Ötən ilədək məhsul rayonda fəaliyyət köstərən Kürdmaşı üzüm emalı zavodu tərəfindən qəbul olunurdu. Bu ildən Hacıhətəmlidəki emal müəssisəsi də bərpa edilmişdir. Artıq həmin müəssisə də üzüm qəbuluna başlamışdır.
Üzümçülüyün inkişafı əhalinin məşğulluğuna geniş imkanlar açmışdır. İlboyu qayğı tələb edən bağlarda hazırda minlərlə yerli sakin çalışır. Emal müəssisələrində işləyənlərin sayı isə 100 nəfərədəkdir.
Rayonda üzümçülüklə məşğul olan sahibkarlara hər cürə yardım edilir. Bu, yaxın gələcəkdə üzümçülüyün iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsindən xəbər verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]