DÜNYA
İspaniyada bahalıq əleyhinə etiraz aksiyası keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
İspaniyanın Barselona şəhərinin minlərlə sakini bahalıq və həyat səviyyəsinin pisləşməsi əleyhinə etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, minlərlə insanın iştirak etdiyi aksiyada mənzillərin bahalaşması və İspaniyada ümumi həyat səviyyəsinin pisləşməsinə qarşı şüarlar səsləndirilib. Aksiyaçılar şəhərdə sosial evlərin tikilməsini və mənzil satışında fırıldaqçılığa son qoymağı tələb ediblər.
İspaniya Milli Statistika İnstitutunun məlumatına görə, ölkədə əməkhaqları son 10 ildə cəmi 17 faiz artsa da, mənzil qiymətləri 82 faiz bahalaşıb.