İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Libermandan
Hörmətli cənab Prezident,
İcazə verin, Sizi inauqurasiya və Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlamağınız münasibətilə ürəkdən təbrik edim.
Sizə gözəl ölkənizin rifahı naminə yeni uğurlar arzulayıram.
Əminəm ki, İsrail ilə Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə və yaxınlarınıza cansağlığı diləyirəm.
Dərin hörmətlə
Aviqdor Liberman
İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri