Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrailin “Qaley Tsaxal” radiostansiyası:İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

İsrailin “Qaley Tsaxal” radiostansiyası:İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı, 15 avqust, AZƏRTAC

İsrailin “Qaley Tsaxal” dövlət hərbi radiostansiyasının populyar “Təhlükəsizlik kəməri” adlı verilişində Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən hadisələr, habelə Azərbaycan-İsrail strateji tərəfdaşlığının perspektivləri ətraflı şərh edilib.

AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Amir Rappoportun suallarını beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut cavablandırıb. A.Qut qeyd edib ki, Cənubi Qafqaz regionunda yaranmış vəziyyət dinc yanaşı yaşamaq üçün zəruri vəziyyətdən uzaqdır. İsrailli ekspert vurğulayıb: “Burada geosiyasi vəziyyət mürəkkəb və gərgindir. Ən dəhşətlisi - burada xüsusilə güclü şəkildə hiss edilən qeyri-müəyyənlikdir, insan burada olanda real şəkildə anlayır ki, “atəşkəs və sülh” anlayışları çox amanabənddir. Bir neçə həftə bundan əvvəl Zəhra Quliyeva adlı yaşyarımlıq azərbaycanlı qızcığaz və onun nənəsi erməni terrorizminin, erməni faşizminin qurbanı oldular. Təəssüf ki, müasir Ermənistan rəhbərliyinin fitvası ilə azərbaycanlı uşaqların və qadınların qətlə yetirilməsi birinci dəfə deyil. İşğalçı erməni silahlı qüvvələrinin hədəfi altında olan dinc azərbaycanlı əhalinin necə əziyyət çəkdiyini mən öz gözümlə görmüşəm.

Rəsmi Bakı Ermənistana dəfələrlə xəbərdarlıq edərək bildirib ki, Azərbaycan mövcud status-kvonun saxlanması ilə heç vaxt razılaşmayacaq. 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyası nəticəsində Azərbaycan ordusu ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək, təxribatın qarşısını almaq məqsədilə Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbə endirdi və onları geri çəkilməyə məcbur etdi. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Azərbaycan ordusu öz gücünü nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi.

“Qaley Tsaxal” radiostansiyasının aparıcısı Ermənistanın İsraildən Azərbaycana hərbi texnika və texnologiyalar göndərilməsinə son qoymaq tələbi barədə sual verib. Arye Qut bu sualın cavabında qeyd edib ki, Ermənistanın bu tələbi tamamilə absurd və mənasızdır. 25 ildən artıq müddətdə Azərbaycan ərazilərini işğal etmiş bu ölkə indi Odlar Yurdunu beynəlxalq hüquq normalarını pozmaqda ittiham edir. Arye Qut deyib: “Əlbəttə, təcavüzkarlığı üzündən Azərbaycanın 25 ildən artıq əziyyət çəkdiyi ölkənin, Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş, orada etnik təmizləmə aparmış və 1 milyondan çox dinc sakini doğma yurdlarından qovmuş ölkənin parlamentariləri tərəfindən Azərbaycanın ittiham edilməsi riyakarlıq və nalayiqlikdir. Məgər bu, insan haqlarının pozulması, beynəlxalq hüququn elementar normalarının pozulması deyilmi?”

Arye Qut İsrail-Azərbaycan münasibətlərinin perspektivlərindən söhbət açaraq qeyd edib ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə münasibətləri Azərbaycan Respublikasının İsraillə münasibətləri qədər sıx və səmimi deyil. İsrailli ekspert deyib: “İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini dəfələrlə bildirib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycan da öz növbəsində, kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyac duyur. Bu siyahını davam etdirmək olar. Eyni zamanda, bu ölkələr təhsil, humanitar və mədəni layihələr həyata keçirirlər.

Rəsmi Yerevan tərəfindən tənqid məsələsinə gəldikdə isə mən deyərdim ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını özləri seçir və hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini məhz bu ölkələr özləri müəyyən edir. Heç kəsin, xüsusən Ermənistanın bu məsələyə müdaxilə etməyə haqqı yoxdur.

Arye Qut vurğulayıb ki, əhalisinin əksəriyyəti İslam dininə etiqad bəsləyən Azərbaycan eyni zamanda bir sıra başqa etnik və dini qrupların, o cümlədən qədim zərdüştilik, xristian və yəhudi icmaları üçün doğma evdir.

İsrail Azərbaycanın real tərəfdaşı kimi artıq 25 il Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Azərbaycana qaytarılması barədə Azərbaycanı dəstəklədiyini daim nümayiş etdirir.

Arye Qut qeyd edib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər pozitiv, strateji xarakter daşıyır. Azərbaycan-İsrail ticari əməkdaşlığı inkişaf edir, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi təxminən 4 milyard dollara bərabərdir.

Ekspert öz çıxışında qürurla qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə şəxsən görüşüb, bu görüşlərdə Azərbaycan rəhbərliyinin ölkədəki milli azlıqların, o cümlədən dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət bəslədiyini real olaraq hiss edib.

Arye Qut deyib ki, Azərbaycan rəhbərliyi bu ölkədəki - dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Arye Qut vurğulayıb: “Ölkə Prezidentinin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradılıb. Azərbaycanda birinci yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkənin İsrail ilə bu cür sıx dialoq, əməkdaşlıq və tərəfdaşlıq qurmağa necə nail olması barədə kiminsə sualı varsa, Azərbaycanın dağlıq bölgəsində yerləşən Quba rayonunda yəhudilərin yaşadığı məşhur Qırmızı Qəsəbəyə baxmaq kifayətdir. Azərbaycanın əsl qürur yeri sayılan Qırmızı Qəsəbə İsraildən sonra bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu doğma qardaşlar kimi yaşayır, onlar ortaq tarixi tellər və ortaq tale ilə bir-birinə bağlıdır. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və təcavüz siyasətinə, o cümlədən ölkə ərazisinin 20 faizinin işğal edilməsinə və 1 milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsil nümunəsi kimi qalmaqda davam edir. Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün siyasi və sosial şərait yaradılmasını stimullaşdırmağa səy göstərir”.

A.Qut qeyd edib ki, Azərbaycan konfessiyalararası harmoniyanın mümkün olmasını, hər hansı problemlərin zorakılığa və ya münaqişələrə əl atmadan həll edilə biləcəyini nümayiş etdirib.

Arye Qut İsrailin “Qaley Tsaxal” dövlət hərbi radiostansiyasına şərhinin sonunda deyib: “Prezident İlham Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olduğuna görə, ölkədə yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb.

İsrail ilə Azərbaycan arasında, həmçinin Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri təkcə qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ümumi tarixə əsaslanır. İki ölkə arasında insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Açıq-aşkar görünür ki, Azərbaycanda yəhudilər və müsəlmanlar qardaşlar kimi dinc yanaşı yaşayıblar, bu gün də belədir, onlar ortaq tarix və ortaq tale ilə bir-birinə həmişəlik bağlıdırlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO