İstanbulda azərbaycanlı rəssamın əsərləri maraqla qarşılanıb
İstanbul, 18 yanvar, AZƏRTAC
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalist, həvəskar rəssam Vəfa Babayevanın rəsm və əl işlərindən ibarət fərdi sərgisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Həyatın rəngləri” adı ilə təqdim olunan sərgidə rəssamın 50-yə yaxın əsəri nümayiş olunub.
İstanbulda Altunizadə Mədəniyyət Mərkəzində təşkil olunan sərgi 6 gün davam edib.
Yağlı boya ilə kətan üzərində işlənən rəsm əsərlərində müxtəlif fəsillərdə təbiətin rəng ahəngliyi əks olunub. Rəssamın tabloları, eləcə də taxta üzərində dağlama üsulu və rəngbərəng kağızların yapışdırılması ilə düzəldilən əl işləri də ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul