İSTANBULDA PARTLAYIŞLAR TÖRƏDƏN TERRORÇULARIN “ƏL-QAİDƏ” İLƏ BİRBAŞA ƏLAQƏLƏRİ OLUBMU?
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, nazir bu fikri rəsmi səfərdə olduğu Stokholmda jurnalistlərlə görüşündə söyləmişdir. O bildirmişdir ki, Türkiyənin xüsusi idarələri bu ekstremistlərin beynəlxalq terrorçularla əlbir hərəkət edib-etmədiklərini müəyyənləşdirməyə çalışırlar.
Abdullah Gül demişdir: “İlk məlumatlara əsasən belə təsəvvür yaranır ki, terrorçular “Əl-Qaidə”nin sxem və metodları ilə hərəkət etmişlər”. Onda olan məlumata görə, terror aktlarını bilavasitə iki nəfər törətmişdir, lakin onların əlaltıları da olmuşdur və indi DNT analizinin köməyi ilə cinayətkarların şəxsiyyətini müəyyənləşdirmək üçün fəal iş görülür.
İstanbuldan alınan son xəbərlərdə bildirilir ki, sinaqoqların qarşısında törədilən terror aktları nəticəsində 25 nəfər həlak olmuş, 100-dən çox adam yaralanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]