İSTANBULDA TERROR ƏMƏLLƏRİ İLƏ ƏLAQƏDAR YEDDİ ADAM HƏBS EDİLMİŞDİR
AZƏRTAC-ın Ankaradakı xüsusi müxbiri xəbər verir ki, Türkiyə polisi Böyük Britaniyanın İstanbuldakı obyektləri qarşısında törədilmiş terror aktlarında iştirak etməkdə şübhəli bilinən yeddi adamı həbsə almışdır.
Polis partlayıcı maddələr doldurulmuş yük maşınlarını idarə etmiş iki terrorçunun şəxsiyyətini müəyyənləşdirmişdir. Onlar Türkiyə vətəndaşlarıdır.
Eyç-Es-Bi-Si telekanalının yaydığı xəbərə görə, Böyük Britaniyanın baş konsulluğu və ingilis bankının şöbəsi qarşısındakı terror aktları nəticəsində 28 nəfər həlak olmuş, 400-dən çox adam yaralanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]