Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstiyə davam gətirməyə kömək edən Çin təbabəti qaydaları

Bakı, 17 iyul (AZƏRTAC). Sən demə, istiyə davam gətirmək üçün öz emosiyalarını cilovlamağı bacarmalısan. AZƏRTAC-ın verdiyi xəbərə görə, bu, Pekin İynəbatırma Mərkəzinin Rusiyadakı rəsmi nümayəndəsi “Dao klinik”in banisi və baş həkimi İqor Roqaninin Rusiya KİV-ləri ilə bölüşdüyü Çin təbabəti qaydalarından biridir.

İ.Roqanin qeyd edir ki, məlum olduğu kimi, insanın emosional reaksiyaları daxili orqanların işinə təsir göstərir. Hərarət Çin təbabətində təkcə xarici mühitin təzahürü deyil, həmçinin daxili faktor hesab edilir. Daxili hərarət hər şeydən əvvəl ürəyə mənfi təsir göstərir, yüksək temperaturda məhz ürək əziyyət çəkir. Əgər bu zaman insan emosional yük daşıyırsa, ürək-damar sistemi daha yüksək riskə məruz qalır. Yüksək daxili hərarət isti temperaturda ürək döyüntüsünü artırır, arterial təzyiqi yüksəldir, baş ağrısı, zəiflik yaradır. Qidanın, içkilərin, düzgün fiziki yükün və müalicəvi metodların köməyi ilə tarazlığı bərpa etmək olar.

Daha sonra İqor Roqanin “sərin” və “soyuq” qruplardan olan qidalar yeməyi məsləhət görür. Çin təbabətinin təsnifatına görə, bütün ərzaq məhsulları beş qrupa bölünür: qaynar, isti, neytral, sərin və soyuq. Təbii ki, isti havalarda isti yeməkləri (qoyun, quzu, donuz əti, salyami, aktiv souslar, ədviyyatlar - acı istiot, sarımsaq, zəncəfil, darçın, karri) azaltmaq lazımdır. Yaxşı olar ki, soyuq və sərin qidalarla vəziyyət tarazlaşdırılsın: buğda, buğda cücərtiləri, arpa, darı, yabanı düyü, ördək, qaz, dovşan, balıq əti, kalmar, ilbiz, Çin kələmi və gül kələm, brokkoli, bolqar bibəri, kabaçok, badımcan, xiyar, pomidor, qulançar, turp, vəzəri, ənginar, avokado, ravənd, kərəviz, şomu, soya, soya südü, sous, günəbaxan, küncüt, zeytun yağları, lobya, noxud, zəfəran, göbələk, yoğurt, banan, xurma, kivi, naringi, limon, portağal, qreypfrut, motmutu, alma, qaragilə, böyürtkən, qarağat, qarpız, yemiş, manqo, armud, nanə, ananas, heyva, moruq, çiyələk. “Daxili hərarəti” olan insanların bu təsnifatı nəzərə alması xüsusilə vacibdir. Yeməyin temperaturunun da əhəmiyyəti vardır: soyuducudan çıxardığınız yemək, əlbəttə, sərinləşdirici təsir göstərir.

Gün ərzində suyu kiçik porsiyalarla içmək lazımdır. İstidə tərləmə daha intensiv xarakter alır və itirilən mayenin yerini doldurmaq lazımdır, axı insan orqanizmində bütün biokimyəvi proseslər su mühitində gedir.

Fiziki fəallıqdan imtina etmək olmaz, amma adi rejimdə ağlabatan məhdudiyyətlər qoyulmalıdır. Biz qaçanda orqanizmin səthi sərinləşir. Adi fiziki fəallıq rejimində düzəlişlər etmək lazımdır. Qızmar günəş altında deyil, otaqda, səhər və axşam.

Kəskin temperatur dəyişikliklərindən qaçmaq lazımdır. İstidə bədənimiz müxtəlif patogen faktorlara qarşı daha həssas olur. Yuxarı tənəffüs yolları xəstəlikləri riski artır, axı ağciyərlərin Si enerjisi orqanizmi təbii patogen faktorlardan qoruyur. Əgər soyuq əvvəlcə dəriyə, sonra əzələlərə təsir göstərirsə, temperatur fərqi səbəbindən əzələlərin iltihabı (miozit) meydana çıxa bilər. Odur ki, sərinləşdirici sistemlərdən gələn birbaşa soyuq hava axınından qaçın.

Nəhayət, Çin təbabəti üzrə ekspert isti havada əhvalı yaxşılaşdırmaq üçün baş beyin damarlarını məşq etdirməyi məsləhət görür. Ən sadəsi, adi qalxma və enmə hərəkətləri etmək lazımdır. Səhərlər bir neçə dəfə əyilib düzəlməyə çalışın. Bu sadə hərəkətlər baş beyin damarlarını məşq etdirməyə, qan dövranını yaxşılaşdırmağa kömək edəcəkdir. Bundan başqa, vegetativ sinir sisteminin işini sabitləşdirmək üçün baş beyin yarımkürələrinin tarazlaşdırılması üzrə hərəkətlər edilməlidir. Məsələn, yoqa təcrübəsi üzrə növbə ilə müxtəlif burun deşiklərindən nəfəs almağa çalışın, ağac görkəmi alın. Hər hərəkətə gündə 7 dəqiqə vaxt sərf edin: o zaman nəinki istilərə, hətta müxtəlif temperatur və atmosfer təzyiqi dəyişikliklərinə asanlıqla davam gətirəcəksiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO