İSVEÇ AVROPA İTTİFAQINI ŞƏRQİ AVROPA ÖLKƏLƏRİ İLƏ ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRMƏYƏ ÇAĞIRIR
Azərbaycanın İsveç Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, İsveç Avropa İttifaqını islahatlar prosesinin sürətləndirilməsi məqsədi ilə Şərqi Avropa ölkələri ilə əməkdaşlığı gücləndirməyə çağırır. Bu istiqamətdə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan ilə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
İsveçin xarici işlər naziri Karl Bildt demişdir ki, bu əməkdaşlıq adları çəkilən ölkələrin Avropa İttifaqına üzv olmalarına şərait yaradacaqdır. K.Bildt bəyan etmişdir ki, beləliklə, Şərqi Avropa ölkələri daha geniş iqtisadi sabitliyə, siyasi və konstitusional inkişafa nail olacaqlar.
Avropa Komissiyası fəaliyyət planının layihəsini artıq almışdır. İsveç və Polşanın birgə təşəbbüsü olan bu təklif cari ilin mayın 26-da Brüsseldə keçiriləcək xarici işlər nazirlərinin görüşündə müzakirə ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]