İsveçdə bu il ərzaq qiymətləri ilk dəfə aşağı düşüb
Stokholm, 11 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
2025-ci ilin avqustunda İsveçdə ərzaq məhsullarının qiyməti iyul ayı ilə müqayisədə 0,7 faiz azalıb.
AZƏRTAC İsveçin Mərkəzi Statistika Bürosuna (MSB) istinadla xəbər verir ki, buna baxmayaraq, illik ifadədə ərzaq məhsullarının qiymətləri 4,7 faiz artıb ki, bu da elektrik enerjisinin bahalaşması ilə birlikdə inflyasiyanın əsas amillərindən birinə çevrilib. Süd məhsulları, şirniyyatlar, dondurma və şokoladın qiymətləri il ərzində xüsusilə nəzərəçarpacaq dərəcədə artıb.
İstehlak qiymətləri indeksi (İQİ) avqustda 3,2 faiz (iyulda 3,0 faiz) olub. Bununla belə, enerji resursları nəzərə alınmadan göstərici 2,9 faizə düşüb.
İsveçin mərkəzi bankı “Riksbank” CPI üzrə 2 faizlik məqsədyönlü inflyasiya səviyyəsinə hədəflənməyi davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]