İSVEÇRƏ MİSİRDƏN QEYRİ-QANUNİ APARILMIŞ 300-DƏN ARTIQ ƏNTİQ ƏŞYANI QAYTARMIŞDIR
Qiymətli əşyaları bir neçə ay bundan əvvəl İsveçrə gömrükxanasının əməkdaşları aşkar etmiş, sonra isə Misir ekspertlərinin nümayəndə heyəti Cenevrəyə gəlmişdi. Əşyaların əslliyi sübut edilmiş və tərəflər onların ehramlar ölkəsinə qaytarılması barədə razılığa gəlmişlər. Misir prokurorluğu qeyri-leqal qazıntılar nəticəsində əldə edilmiş qiymətli əşyaların qaçaqmalçılığı yolu ilə varlanmaq qərarına gəlmiş yerli biznesmenə qarşı cinayət işi qaldırmışdır.
Hazırda Misir hökuməti son iki yüzillikdə ölkədən qeyri-qanuni yolla çıxarılmış tarixi irsin axtarılıb tapılması üçün genişmiqyaslı kampaniya aparır. Bu istiqamətdə ən böyük müvəffəqiyyət firon I Ramzesin mumiyasının qaytarılması olmuşdur. Mumiya bu ilin oktyabrında ABŞ-dan Misirə gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]