İtaliyada dəmiryol qəzası: azı 2 nəfər həlak olub, 100 nəfər yaralanıb VİDEO
Bakı, 25 yanvar, AZƏRTAC
İtaliyanın şimalında dəmiryol qəzası nəticəsində ən azı 2 nəfər həlak olub, 100-ə yaxın insan isə xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır.
AZƏRTAC Rainews24 telekanalına istinadla xəbər verir ki, yanvarın 25-də səhər saatlarında Kremona şəhərindən Milana gedən qatar dəmiryolu xəttinin Milan və Venesiya arasındakı hissəsində relsdən çıxıb. Zərər çəkənlərin hamısı qatarın sərnişinləridir.
Hazırda hadisənin baş verdiyi Poltello şəhəri rayonunda təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər fəaliyyət göstərir.