İtaliyada hər həftə 2500-dən çox kiberhücum qeydə alınır
Bakı, 17 mart, AZƏRTAC
İtaliyada təşkilatlar həftədə orta hesabla 2507 kiberhücuma məruz qalır. Bu göstərici ötən illə müqayisədə 3 faiz, qlobal orta göstəricidən (2086 hücum) isə 20,2 faiz çoxdur.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, “Check Point Research” şirkətinin son qlobal hesabatına görə, korporativ şəbəkələrdən göndərilən hər 31 sorğudan biri gizli məlumatların ifşasına səbəb ola bilər.
Bildirilir ki, çatbotların geniş yayılması hakerlər üçün əlavə imkanlar yaradır və onlar komprometasiya olunmuş sistemlər vasitəsilə istifadəçi adları və şifrələri ələ keçirməyə çalışırlar.
İtaliya Fransa və Braziliya ilə birlikdə fidyə proqramı hücumlarının qurbanlarının sayına görə dünyada ilk beşlikdə yer alır. Bu hücumlardan ən çox zərər çəkən sahələr hökumət sektoru, media və telekommunikasiya sahələridir.
Şirkət kibertəhlükələrin davamlı xarakter aldığını bildirərək, hücumların qarşısının alınması üçün süni intellekt əsaslı proaktiv müdafiə sistemlərinin tətbiqini zəruri hesab edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]