İtaliyada yay vaxtının daimi edilməsi nəzərdə tutulur
Roma, 16 noyabr, AZƏRTAC
İtaliyada il boyu yay vaxtına keçid prosesinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Deputatlar Palatasında yay vaxtını daimi etmək üçün qanun layihəsi hazırlamaq məqsədilə fakt araşdırması aparılıb və vətəndaşlar tərəfindən 350 mindən çox imza toplanılıb. Bununla bağlı noyabrın 17-də Deputatlar Palatasında iclas keçiriləcək. Qanun layihəsi təsdiqlənərsə, proses 2026-cı il iyunun 30-dək tamamlanacaq.
Mütəxəssislərin fikrincə, yay vaxtının il boyu saxlanılması illik təxminən 720 milyon kilovat/saat qənaət yarada bilər ki, bu da enerji xərclərinə 180 milyon avro qənaət deməkdir.
Bildirilir ki, Avropa Komissiyasının başlatdığı və 4,6 milyon vətəndaşın iştirak etdiyi ictimai məsləhətləşmənin nəticəsinə görə, iştirakçıların 84 faizi saat dəyişikliyinin ləğvini dəstəkləyir. 2004-cü ildən 2025-ci ilədək yay vaxtına keçid enerji xərclərinə ümumilikdə 2,3 milyard avro qənaət etməyə səbəb olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]