İtaliyanın şimalında əlverişsiz hava şəraiti fəsadlar törədib
Roma, 15 may, AZƏRTAC
İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, ötən gün axşam saatlarından bəri davam edən aramsız leysan yağışları nəticəsində kiçik çaylar məcrasından çıxıb. Lambro bölgəsində bəzi evləri su basıb, magistral yollar və küçələr su altında qalıb. Modenada ağaclar və reklam lövhələri avtomobillərin üzərinə və yollara aşıb, güclü külək binaların dam örtükləri qoparıb.
Mülki müdafiə qrupları tərəfindən 80-dən çox xilasetmə əməliyyatı aparılıb. Bəzi yollar ehtiyat tədbiri olaraq nəqliyyatın hərəkətinə bağlanıb.
Əlverişsiz hava şəraiti səbəbindən Lombardiya regionunda narıncı, Pyemont, Veneto, Emiliya-Romaniya və Umbria bölgələrində sarı təhlükə xəbərdarlığı elan edilib. Çayların səviyyəsinin yüksələcəyi və daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]