CƏMİYYƏT
IV İnvaziv Kardiologiya Konqresində 7 ölkənin nümayəndələri iştirak edir
![](/files/galleryphoto/2022/3/1200x630/w_161665210856537456149_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_161665210856763142990_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616652108564152857801_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616652108564367961022_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616652108561921238329_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_161665210856364611115_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616652108564264113722_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_161665210856447421253_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616652108561114847365_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616652108573643235162_1200x630.jpg)
Bakı, 8 oktyabr, AZƏRTAC
Bakıda Azərbaycan Kardiologiya Cəmiyyəti, İnvaziv İşçi qrupunun hər il təşkil etdiyi IV Azərbaycan İnvaziv Kardiologiya Konqresi keçirilir. Pandemiyadan sonrakı dövrdə bölgələrdə həkimlərin inkişafına dəstək məqsədilə regional tədbirlər təşkil edilir. Şirvan, Şəki, Lənkəran, Gəncə, Qəbələ və Naxçıvanda təşkil edilən bu konfranslarda 100-dən çox həkim iştirak edib və faydalanıb. “A-dan Z-yə aorta”, “Ürək çatışmazlığı”, “Diabet və ürək”, “Hamilələrdə ürək xəstəlikləri” mövzusunda təşkil edilən konfransların fərqli ixtisas sahiblərinə elmi faydası olub.
AZƏRTAC xəbər verir ki, bu il keçirilən konqresə 7 ölkədən (Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İran və Danimarka) elm adamları qatılıb. 350-dən çox azərbaycanlı həkimin də iştirak etdiyi konqres çərçivəsində də 8 canlı əməliyyat icra ediləcək.