IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışları davam edir
Bakı, 15 may, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarında kişilər arasında 69 kiloqram çəki dərəcəsində qızıl medal uğrunda 14 idmançı mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, bu çəki dərəcəsində türkiyəli atlet Daniyar İsmayılov qızıl medal qazanıb. O, birdən qaldırmada 151, təkanla qaldırmada isə 172 kiloqram nəticə göstərib. Ümumilikdə 323 kiloqramı ram edən idmançı bütün rəqiblərini üstələyib.
Gümüş medala sahib olan iranlı Mojid Asqari isə toplam kiloqramlıq 316 (139+177kq) nəticə göstərib. Özbəkistanlı Dosten Yokubov isə 314 kiloqramla (137+177kq) bürünc mükafata yiyələnib.