İvanka Tramp dəvə ilə Misir ehramlarını gəzib
Qahirə, 23 noyabr, AZƏRTAC
ABŞ-ın keçmiş Prezidenti Donald Trampın qızı İvanka həyat yoldaşı Cared Kuşner və uşaqları ilə birlikdə Misir ehramlarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, İvanka Tramp dəvəyə minərək ehramları və Sfinks heykəlini gəzib, fotoşəkillərini sosial şəbəkələrdəki hesabında paylaşıb: “Misirin gözəlliyini kəşf etmək, ilk dəfə qədim ehramları görmək sözlə ifadə edilməyəcək dərəcədə valehedicidir”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə