“İxrac strategiyası” mövzusunda seminar keçiriləcək
Bakı, 5 mart, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “İxrac strategiyası” mövzusunda seminar keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, maarifləndirici xarakter daşıyan təlim zamanı xarici ticarətlə məşğul olmaq istəyən sahibkarlara ixrac strategiyasının çərçivələri izah ediləcək. Seminar “Azərsun Holdinq”in innovasiya və marketinq departamentinin rəhbəri Ellada Əliyeva tərəfindən aparılacaq.
Təlim zamanı həm də beynəlxalq ticarətin ölkəmiz üçün əhəmiyyəti, ixrac ölkələrində doğru seçim qaydaları, ixraca təsir edən amillər, ixrac strategiyalarının seçimi, ixrac üçün planlaşdırılan məhsulların seçimi zamanı əsas tələblər, markaların standartlara uyğunlaşdırılması, görüntü və qablaşdırma, ixrac zamanı markaların adaptasiyası, təbliğat-təşviqat, marketinq kommunikasiyaları kimi mövzularından geniş danışılacaq. Seminar şirkət rəhbərləri və idarəçiləri üçün nəzərdə tutulub.
“İxrac strategiyası” mövzusunda tədbir martın 14-də saat 10:00-da İİTKM-in inzibati binasında təşkil olunacaq. Tədbirdə iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://iqtisadiislahat.org/frontend/web/registration/