İxraca göndərilən neft məhsullarının həcmi azalıb
Bakı, 18 noyabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında ölkədən 623 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. İxrac olunan məhsulların dəyəri isə 417 milyon ABŞ dollarından çoxdur.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 1 milyon 165,1 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 552,2 milyon dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]