CƏMİYYƏT
İyulun 31-də Azərbaycanda COVID-19 əleyhinə 1682 doza vaksin vurulub
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1682 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 213, ikinci doza vaksinlərin sayı 119, üç və daha çox doza vaksinlərin sayı 1130, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 220-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 818 min 5, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 366 min 776, ikinci mərhələ üzrə 4 milyon 857 min 889, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 338 min 784, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 254 min 556-dır.