İYUNUN 6-DA TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MƏRKƏZLƏŞDİRİLMİŞ QAYDADA BURAXILIŞ İMTAHANLARI KEÇİRİLƏCƏKDİR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 6-da ölkəmizin 19 şəhər və rayonunun təhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcəkdir.
İmtahanlar həm də bu şəhər və rayonların ərazisində fəaliyyət göstərən məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərini, peşə liseylərini, Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyaları, ali təhsil müəssisələrinin nəzdindəki orta məktəbləri əhatə edəcəkdir.
133 mərkəzdə keçiriləcək imtahanlarda 50 minədək şagird iştirak edəcəkdir. Ötən tədris ilində müəyyən fənlərdən “qeyri-kafi” qiymət alaraq attestat almayan 1500-dək şagird onlar üçün yaradılmış 4 mərkəzdə ayrıca imtahan verəcəkdir.
Təlimata uyğun olaraq, səkkiz fənnin hər hansı birindən qeyri-müvəffəq qiymət alan şagirdə attestat verilməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]