“Jamestown Fondu” Ələt AİZ-in timsalında Azərbaycanın geoiqtisadi inkişaf strategiyaları barədə yazıb
Bakı, 13 avqust, AZƏRTAC
ABŞ-ın nüfuzlu “Jamestown Fondu”nun “Avrasiya Gündəlik Monitor” jurnalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Müseyibovun “Azərbaycanın uzunmüddətli geoiqtisadi strategiyasında Ələt Azad İqtisadi Zonasının rolu” mövzusunda analitik məqaləsini dərc edib.
İİTKM-dən AZƏRTAC-a verilən məlumata görə, məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi nəqliyyat-logistika və infrastruktur layihələrinin vahid məqsədlərə xidmət etməsindən bəhs olunub. Son illər ərzində Bakı-Tbilisi-Qars, Astara-Astara dəmir yolu kimi layihələrin realizasiyası ilə bərabər, Avropa İttifaqının bu istiqamətdə artan maraqları təhlil olunub. Eyni zamanda, məqalədə yeni Zəngəzur koridorunun yaradılmasının 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar fonunda realizasiyasının gətirəcəyi faydalardan bəhs edilib.
Müəllif Azərbaycanın Ələt AİZ-nin təkcə bir iqtisadi infrastruktur layihəsi deyil, uzunmüddətli geoiqtisadi strategiyaların tərkib hissəsi olduğunu vurğulayıb, rəqib layihələrin potensial imkanları təhlil olunub.
Qeyd edək ki, “Jamestown Fondu” ABŞ-ın nüfuzlu strateji beyin mərkəzlərindən hesab edilir və burada yüksək ranqlı Amerika diplomatları və dövlət rəsmilərinin analitik baxışları nəşr olunur.
“Jamestown Fondu” nəşrində məqalə ilə https://jamestown.org/program/the-alat-port-free-economic-zones-role-in-azerbaijans-long-term-geo-economic-strategy/ linkindən tanış olmaq mümkündür.