Kaliforniyada işdən qovulmuş əməkdaş iki rəisini odlu silahla qətlə yetirib
Vaşinqton, 27 iyun, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatında avtosalonun işdən qovulmuş əməkdaşı iş yerinə qayıdıb, iki rəisini odlu silahla qətlə yetirib və sonra intihar edib.
AZƏRTAC yerli polisin informasiyasına istinadla bildirir ki, hadisə San-Xose şəhərindən cənub-qərbdə San-Fransisko körfəzi rayonunda yerləşən Morqan-Hill şəhərindəki “Ford” avtosalonunda baş verib.
Polis serjantı Bill Norman mətbuat konfransında bildirib ki, iyunun 25-də axşam 911 çağrı mərkəzinə avtosalonda atəşaçma barədə zəng daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları əlində tapança olan kişi meyiti aşkar ediblər. Onlar avtosalona daxil olanda daha iki meyit görüblər. Polis intiharçının və onun qurbanlarının adlarını hələlik açıqlamayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]