Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Karateçi xanım, həyatı qurtarılan şəxsin bıçaqla hədələməsi, pişiyin saatlarla sürən xilası... – XİLASEDİCİLƏRİN POSTUNDAN REPORTAJ VİDEO

Bakı, 13 oktyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Onlar yaranmış təhlükəli hadisələrdə zərərçəkən insanlara yardım göstərən real super qəhrəmanlardır. Söhbət Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin peşəkar xilasedicilərindən gedir. Xilasedicilər zəlzələ, daşqın, yol-nəqliyyat qəzaları və bu kimi hadisələr zamanı insanların həyatını xilas etmək üçün zamanla yarışırlar. Bəzən qarşılaşdıqları hadisələr onlara emosional anlar yaşadır. Lakin xilasedicilər öz peşələrinin çətinliyini dərk edib, insanlarla yanaşı digər canlıları həyata qaytarmaq üçün özlərini təhlükəyə atırlar.

AZƏRTAC xilasedicilərin günlük fəaliyyətlərini, onların yaşadığı çətin anları göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Suraxanı Postundan reportaj hazırlayıb.

Postun tək qadın əməkdaşı olan Gülnarə Əliyeva 2008-ci ildən etibarən xilasedici kimi fəaliyyət göstərdiyini bildirib: “Kiçik yaşımdan peşəkar şəkildə idmanın karate növü ilə məşğul oluram. Bu isə peşəmi uğurla icra etməyimdə çox böyük rol oynayır. Əlbəttə, bir qadın olaraq xilasedici işləməyin özünün müəyyən çətinlikləri var. Lakin mən artıq bu çətinliklərə öyrəşmişəm. Bəzən xilasedici kimi fəaliyyət göstərdiyimi eşidən insanlar düşünür ki, bir qadının belə ağır işdə çalışması nə dərəcədə doğrudur. Onlar təhlükəli vəziyyətlərin sadəcə kişilərin başına gəlmədiyini bilməlidir”.

G.Əliyeva xilasedicinin günlük fəaliyyəti barədə məlumat verib: “Xilasedicinin bir günü bölmə rəisinin şəxsi heyətin zahiri görünüşünü yoxlaması, təhlükəsizlik qaydaları ilə təlimatlandırılması ilə başlayır. Daha sonra xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alətləri, avadanlıqlar və ləvazimatlar səhər növbəsinə təhvil verilir. İş saatı hadisəyə hazırlıq məşğələləri ilə davam edir. Posta hadisə ilə bağlı çağırış daxil olduğu zaman bir dəqiqə ərzində idarədən çıxırıq. Bəzən çağırışlar nahar vaxtları gələ bilir. Lakin bizim üçün vaxtın heç bir fərqi yoxdur. Təhlükəyə hər an hazır olmaq peşəmizin əsas şərtidir. İş hər gün saat 9-dan axşam 8-ə qədər davam etsə də, postda 24 saat növbətçilik aparılır. Çox zaman qadın xilasedicilərə öz peşəsini icra edərkən müəyyən güzəştlərin olduğu düşünülə bilər. Lakin bu qətiyyən belə deyil. Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin hər postunda ən azı bir qadın xilasedici fəaliyyət göstərir. Hadisə zamanı qadın həmkarlarım kişilər qədər fəal iştirak edirlər. Bəzən Azərbaycan mentaliteti səbəbindən təhlükəli vəziyyət yaranmasına baxmayaraq evdə bağlı qalmış qadınlara kişi xilasedicilərin müdaxiləsi istənilmir. Xüsusilə hadisə zamanı uyğun vəziyyətdə olmayan qadın və qızlara müdaxilə qadın xilasedicilər tərəfindən həyata keçirilir. Hətta, xatırlayıram ki, hadisə yerinə müdaxilə etdiyimiz zaman bir qadının liftdə qaldığını gördük. Liftin qapısının açılması üçün müəyyən güc tətbiq edildi. Baxmayaraq ki, xanım təhlükəli bir vəziyyətdə idi, ancaq onu oradan çıxartmaq istəyən kişi xilasedicələrimizin heç birinə icazə vermədi. Daha sonra mən vəziyyətə müdaxilə etdim və xanımı liftdən çıxartdıq”.

G.Əliyeva qeyd edib ki, peşəkar xilasedici olmaq üçün təlimlərin davamlılığı əsas şərtdir. O, hadisənin daha qısa müddətdə həll olunması üçün bütün sahələrdə təlimlərə cəlb olunduqlarını deyib: “İşə qəbul zamanı xilasedici olmaq istəyən namizədlərə 2-3 ay müddətində təlimlər keçirilir. Təlimlər, əsasən, ilkin yardım, psixoloji dəstək, özünü müdafiə və digər sahələri əhatə edir. Təbii ki, peşəmiz ağır və təhlükəlidir. Söhbət canlının həyatı üçün yaranan risklərdən gedirsə, burada böyük məsuliyyət var. Elə peşəmizin ən gözəl hissəsi də bir canlının həyatını xilas etməkdir. Uğurlu əməliyyatlardan sonra xilasedicilərin yaşadığı qüruru təsvir etmək çətindir”.

Posta fəaliyyət göstərən xilasedici Ruslan Əsgərov xilasedicilərin bütün canlılar üçün yaranan təhlükəli vəziyyətlərə müdaxilə etdiyini bildirib: “Bəzən bir pişiyin quyudan çıxarılması üçün saatlarla hadisə yerində qalırıq. Əlbəttə, müəyyən mənada çətinliklər var. Lakin vicdanımız xidmət etdiyimiz peşə ilə bağlı olduqca rahatdır.

Hadisə zamanı avadanlıqlarda hər hansı problemin yaranmaması üçün davamlı olaraq alət və avadanlıqlara yoxlama baxışı keçirilir. Şəxsi heyətin bilik və bacarıqlarını artırmaq, daim hazır vəziyyətdə saxlamaq üçün məşğələlər olur. Hazırlıqlar zamanı alpinist dərslərinə xüsusi fikir verilir. Çünki binada bağlı qapı arxasında qalmış şəxslərin xilasetmə əməliyyatında xüsusi alpinist avadanlıqları istifadə olunur və bir eyvandan digərinə məhz alpinist üsulu ilə enirik. Günün bütün saatları ərzində texnika hazır vəziyyətdə saxlanılır. Ümumiyyətlə, posta hadisə ilə bağlı məlumat daxil olan zaman biz artıq hazır vəziyyətdə oluruq. Bəzən çağrı yekunlaşmadan yola çıxdığımız halları xatırlayıram”.

Xilasedici intihara cəhd halları zamanı edilən müdaxilədən də danışıb: “Öncə həmin şəxslə danışıqlar aparılır. Onu intihar düşüncəsindən uzaqlaşdırmaq üçün söhbət edirik. Lakin bu söhbətin əsas məqsədi vaxt qazanmaqdır. Bəzən elə olur ki, şəxs intihar etmək fikrindən əl çəkmir. Bu zaman söhbət müddətində aşağıda doldurulan hava şarlarından istifadə olunur. İntihar etmək istəyən şəxslə söhbət zamanı yarana biləcək təhlükələrə qarşı aşağıda bütün tədbirlər öncədən görülür. Bəzən hadisə yerində təhlükəli vəziyyətlərlə qarşılaşırıq. Həyatını xilas etmək istədiyimiz şəxsin bizə bıçaq çəkdiyini xatırlayıram. Təbii ki, bu hal həmin adamın psixoloji problemi ilə bağlıdır. Xüsusilə, intihara cəhd hadisələri ilə bağlı xidmət tərəfindən postlara həftədə bir dəfə psixoloq göndərilir. Həmin psixoloqlar bizə müəyyən psixoloji dərslər keçir, eyni zamanda bizim psixoloji sağlamlığımızı yoxlayırlar. Xilasedicilər günlərlə yarana biləcək bütün vəziyyətlər üçün təlimlər keçir. Məhz bu səbəbdən bütün xilasedicilər peşəkardır. Hətta bəzən xilasedicilər hadisə yerinə ilkin tibbi yardımdan daha tez çatır və ya həkimlərin daxil ola bilmədiyi yerlərdə qapalı qalan şəxslərə ilkin müdaxiləni edir. Bütün xilasedicilərin ilkin yardımla bağlı sertifikatları var”.

Xilasedici Rəşad Mahmudovun sözlərinə görə, xilasedicilərin hadisə yerinə tez çatması, eyni zamanda, cəmiyyətin özündən asılıdır. Hadisə ilə bağlı çağırış olan andan etibarən xilasedici qrup bir dəqiqə ərzində postdan çıxır. Lakin bəzən yolda sürücülər xilasedici maşınlarına yol vermək istəmirlər. Bu isə həmin xilasedici dəstəni gecikdirə biləcək vəziyyət yaradır. Hər kəs bilməlidir ki, xilasedicinin hadisə yerinə bir saniyə daha tez çatması insanın həyatının xilas olması deməkdir.

 

 

 

Karateçi xanım, həyatı qurtarılan şəxsin bıçaqla hədələməsi, pişiyin saatlarla sürən xilası... –  XİLASEDİCİLƏRİN POSTUNDAN REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Magistraturaya qəbulun nəticələri açıqlanıb

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu

İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub

“Dəlinin qeydləri” monotamaşası beynəlxalq festivaldan uğurla qayıdıb

Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib

Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb

Bill Qeyts: AI iqlim məqsədlərinə nail olunmasına mənfi deyil, müsbət təsir göstərir

ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunub

Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

“Beril” qasırğası Karib hövzəsinə çatıb

® ABB “AKA Bank”la müqavilə imzalayıb

Kənd təsərrüfatı naziri Xaçmazda taxıl biçini prosesini izləyib