İQTİSADİYYAT
KATV1 şirkəti Kaspersky Laboratoriyası ilə tərəfdaşlıq edəcək
Bakı, 6 iyun, AZƏRTAC
KATV1 şirkəti dünyanın aparıcı antivirus istehsalçılarından biri olan “Kaspersky Lab”ın tərəfdaş statusunu alıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, tərəfdaşlıq çərçivəsində KATV1 öz internet-istifadəçilərinin elektron cihazlarında saxlanan məlumatlarının qorunması üzrə maarifləndirici iş aparacaq.
KATV1, həmçinin “Kaspersky Lab”ın təqdim etdiyi antivirusun aktivləşdirmə prosesində də öz internet-istifadəçilərinə yardım edəcək.
İstifadəçilərin öz elektron cihazlarını qorumaq üçün antiviruslardan bəhrələnməsini stimullaşdırmaq məqsədilə KATV1 şirkəti “Kasperky Lab” ilə birgə promo-aksiyaların keçirilməsini də planlaşdırıb. Xüsusilə, artıq keçirilən aksiya çərçivəsində korporativ tərəfdaşlara “Kaspersky Internet Security” antivirusu və üç antenalı ofis Wi-Fi ruteri pulsuz təqdim ediləcək.
Bundan əlavə, standart internet-paket istifadəçiləri birillik ödənişi əvvəlcədən etdikdə hədiyyə olaraq “Kaspersky Lab”dan antivirus qazanacaqlar.