Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş prezidentin etirafları: Ermənistan uçurum qarşısında

Keçmiş prezidentin etirafları: Ermənistan uçurum qarşısında

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan rəhbərlik etdiyi Milli Konqresin qurultayındakı çıxışında bir sıra geosiyasi məsələlərə toxunub. O, indiki mərhələdə Ermənistanın dövlət və cəmiyyət olaraq ciddi problemlərlə üz-üzə qaldığını söyləyib. Bunun əsas səbəbi isə İrəvanın yeritdiyi yarıtmaz xarici siyasətdir. Onun sözlərinə görə, son 18 ildə ölkə yalnız tənəzzülə doğru gedib. Faktiki olaraq erməni dövlətçiliyi fəlakət qarşısındadır. Onun bu prosesi dayandırmaq gücü isə yoxdur. Burada L.Ter-Petrosyan bir sıra arqumentlər gətirir. Onlardan aydın olur ki, bütövlükdə Ermənistan dövlət quruculuğu strategiyasını düzgün seçə bilməyib. Bunun fonunda isə keçmiş prezident Azərbaycan rəhbərliyinin rasional siyasət apardığını açıq etiraf edir, Bakı ilə kompromis əsasında razılaşmaqdan başqa yolun qalmadığını ifadə edir. Həmin fikirlər kontekstində L.Ter-Petrosyanın çıxışı üzərində dayanmaq olar.

Dağıdıcı siyasət: L.Ter-Petrosyanın rəsmi İrəvanın siyasətinin tənqidi

Erməni dövlətçiliyi və xalqı Serj Sarkisyan hakimiyyətinin destruktiv siyasətinin bədəlini ödəməkdədir. Artıq erməni alimlər arasında belə qənaətə gələnlər vardır ki, Ermənistan dövlət kimi formalaşa bilməyib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Ermənistan Milli Konqresinin ikinci qurultayındakı çıxışı zamanı bununla bağlı deyib: "Nüfuzlu politoloqlar və iqtisadçılar, o cümlədən bizim həmvətənimiz Taron Açemyan Ermənistanı formalaşmayan dövlətlər sırasına daxil edirlər. Yəni Əfqanıstan, Somali, Liviya, Yəmən, Cənubi Sudan, İraq və digər oxşar ölkələrlə bir sıraya qoyurlar" (bax: "Мир, Примирение, Добрососедство": речь Левона Тер-Петросяна на съезде АНК / "Аравот", 17 dekabr 2016).

Üstəlik, L.Ter-Petrosyan hesab edir ki, Ermənistan üçün "tunelin sonunda işıq görünmür" (bax: əvvəlki mənbəyə). Təbii ki, bu, erməni siyasətçisi üçün xeyli dərəcədə qeyri-adi bir fikirdir. Lakin keçmiş prezidentin gətirdiyi arqumentlər kifayət qədər tutarlıdır. Əvvəlcədən onu vurğulayaq ki, L.Ter-Petrosyanın Azərbaycan və Türkiyə ilə bağlı dediklərini öz vicdanının öhdəsinə buraxırıq. Çünki bu məsələdə o digər erməni siyasətçilərdən fərqlənmir. Dediklərində sünilik çoxdur. Bizi daha çox onun Ermənistanla bağlı ifadə etdiklərindəki həqiqətlər maraqlandırır.

L.Ter-Petrosyanın bütövlükdə rəsmi İrəvanın bərbad xarici və daxili siyasət yeritdiyini etiraf edir. O, ölkənin bütün sahələrdə tənəzzülə uğradığını, bunun kökündə isə korrupsiyanın dayandığını söyləyib. Konkret olaraq Ermənistanın vəzifəli şəxsləri ölkəni soyur, hər şeyi oğurlayır və günlərini Afrikada vəhşi heyvanları ovlamaqla keçirirlər (bax: əvvəlki mənbəyə).

Deməli, L.Ter-Petrosyanın fikrinə görə, Ermənistanda böhran sistem xarakteri daşıyır. Burada dövlət quruculuğu fəlsəfəsi kökündən yanlış prinsiplər əsasında qurulub. Keçən 18 il müddəti bunu təsdiq edir. Yəni L.Ter-Petrosyan 1998-ci ildə özünün istefasından sonrakı dövrü Ermənistan üçün tam fəlakətli mərhələ adlandırır. Siyasət, iqtisadiyyat, həyat tərzi, demoqrafiya, miqrasiya və başqa sahələrdə yalnız tənəzzül müşahidə edilib (bax: əvvəlki mənbəyə).

1998-ci ilə qədər rəsmi İrəvanın hansı müsbət işlər gördüyünü demək çətindir. Ancaq o zaman Ermənistan rəhbərliyi Azərbaycanla sülh sazişi imzalamaq məcburiyyətinə gəlmişdi ki, parlamentdə terror törədildi. Bununla da növbəti dəfə təsdiq olundu ki, münaqişənin həllini istəməyən Ermənistan hakimiyyətidir. L.Ter-Petrosyan bunu siyasi varisliyin pozulması adlandırır. Hər nə isə, aydındır ki, 1998-ci ildən bu yana Ermənistan rəhbərliyi ölkəni uçuruma aparmaqla məşğul olub.

Bunun müxtəlif aspektləri mövcuddur. Məsələn, demoqrafiya sahəsində ermənilər xeyli itkilər veriblər və bu proses davam edir. Keçmiş prezident etiraf edir ki, Ermənistanda əhalinin sayı azalıb. Ölkəni tərk edənlərin sayı ilbəil artır. Bu tendensiyanın dayana biləcəyinə dəlalət edən konkret heç bir fakt yoxdur. Əksinə, vəziyyət daha da ağırlaşır. Diasporun burada xilasedici rol oynaya biləcəyinin də üstündən L.Ter-Petrosyan xətt çəkir. O misal çəkərək göstərir ki, 1990-cı illərdəki üçillik müharibədə də diaspordan cəmi 12 nəfər iştirak edib. Qalanları sözdə hay-küylüdürlər, real olaraq isə bir iş görmək istəmirlər. Deməli, rəsmi İrəvanın diaspor ilə bağlı ifadə etdiyi ümidlər yalnız təbliğat üçündür.

Absurd “xalq-ordu” modeli: erməni siyasətçilərin xülyaları

Keçən müddətdə ermənilər tarixdən də lazımi ibrət götürə bilməyiblər. L.Ter-Petrosyan misal olaraq 1920-ci ildə Ermənistanın güclə kiçik bir ərazini saxlaya bildiyini göstərir. Müharibədə əsassız iddialarla çıxış etdiyindən, eyni zamanda, Türkiyə, Gürcüstan və Azərbaycana qarşı savaşdığından çox ərazilərdən çəkilməli olub. Təbii, biz yaxşı bilirik ki, həmin ərazilərdə heç zaman erməni dövləti olmayıb, lakin burada maraqlı olanı bir erməni siyasətçinin keçən əsrin başlanğıcından yanlış siyasi strategiya seçdiklərini açıq etiraf etməsidir. Məhz bu səbəbdən Ermənistanın başı fəlakətlərdən açılmır, açılmayacaq da. Ermənistanın dövlət kimi özünü təsdiq edə bilməməsi də bu səhv mövqedən qaynaqlanır. Bunu L.Ter-Petrosyanın özünün nə dərəcədə dərk etdiyini demək çətindir, lakin heç olmasa dilinə gətirir.

Bu kontekstdə onun rəsmi İrəvanın "xalq-ordu" modelindən danışmasının olduqca absurd bir şey olduğunu deməsi də maraqlıdır. Tarixdə bunun 3 nümunəsi olub. Çingiz xan imperiyası, İsveçrə və İsrail "xalq-ordu" modelini reallaşdırıblar. L.Ter-Petrosyan göstərir ki, monqolların imperiyası dağıldı, çünki tutduqları torpaqları saxlaya bilmədilər, İsveçrə son 200 ildə müharibə görmədi və onun bu modeli faktiki olaraq bir işə yaramadı, İsrail isə məcburən onu seçdi (bax: əvvəlki mənbəyə).

Konkret olaraq İsrailin ətrafında onunla müharibə edən dövlətlər vardı və Təl-Əviv özünü müdafiə etməli idi. Ermənistanla bağlı isə situasiya tamamilə fərqlidir. Birincisi, Ermənistanla heç kəs müharibəyə başlamayıb. Azərbaycana qarşı nə qədər haqsızlıq olsa da, o, "blokadadan başqa addım" atmayıb (bunu L.Ter-Petrosyan etiraf edir). İkincisi, Ermənistanın bütün xalqı orduya çevirə biləcək resursları yoxdur. O yoxsul və dilənçi bir dövlətdir, istehsalı sıfıra yaxındır və hazırda böhran içindədir. Seçki ərəfəsi verilən pafoslu vədlər isə boş sözlərdən başqa heç nəyi ifadə etmir (bax: əvvəlki mənbəyə).

Ermənistan özü işğala başlayıb və bütün problemləri bununla əlaqəli meydana gəlib. Ermənilərin demək istəmədikləri əsas həqiqət bundan ibarətdir. Həmin reallıqdan kənar necə siyasət qurmağa çalışsan da, sonu olmayacaq. Çünki başqasının torpağını zəbt edən Ermənistandır və oranı tərk etməlidir. L.Ter-Petrosyan da bu həqiqətin yarısını etiraf edir.

O çıxışında "Ermənistan və Qarabağın inkişafı" ifadəsini tez-tez işlədir, "Qarabağın ehtiyaclarının tam təmin edilməsi"ndən danışır (bax: əvvəlki mənbəyə). Bundan başqa, bu həmin Petrosyandır ki, Xocalı soyqırımı ilə bağlı verilən suala Napoleonun sözləri ilə "müharibə müharibədir" deyə, cavab vermişdi. Yəni L.Ter-Petrosyanı qane etməyən Dağlıq Qarabağın işğalını rəsmi İrəvanın hüquqi olaraq dünyaya qəbul etdirə bilməməsidir. Onun iradları da bunun üzərində qurulub.

L.Ter-Petrosyan çıxış yolunu kompromisdə görməklə müəyyən dərəcədə doğru fikirləşir. O, Ermənistanın mümkün qədər az şey əldən verməklə zəbt etdiyi ərazilərin bir qismini özündə saxlamasını müdafiə edir. Başa düşür ki, boş-boşuna hay-küy salıb, özünü qalib kimi qələmə verməklə real heç nə əldə etmək olmaz. Bununla o, Ermənistanın himayədarlarının istədiyi ilə razılaşmağa üstünlük verdiyini dilə gətirir. Bu bağlılıqda Azərbaycan rəhbəri İlham Əliyevə danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirir (əgər hakimiyyətə gətirilsə, çünki Ermənistan dövlət başçısını müstəqil seçə bilmir).

Bunların fonunda onun İlham Əliyevi rasional düşünən siyasətçi adlandırması təsadüfi görünmür. L.Ter-Petrosyan anlayır ki, Azərbaycan Prezidenti maksimum dərəcədə konstruktiv mövqedədir və bunu erməni siyasətçilər düzgün qiymətləndirməlidirlər. Bəli, bununla bir erməni siyasətçi, dolayı da olsa, İlham Əliyevin peşəkar və qətiyyətli siyasətçi kimi tutduğu mövqeyi ilə hesablaşmalı olduqlarını etiraf edir. L.Ter-Petrosyan Ermənistandan fərqli olaraq Azərbaycanda siyasi varisliyin saxlanmasının çox müsbət nəticələr verdiyini də dilə gətirir.

Ancaq L.Ter-Petrosyan müharibə başlasa, Azərbaycanın yeni ərazilər itirəcəyini deməklə, böyük yalan danışır. Özünün də etiraf etdiyi kimi, aprel müharibəsindən sonra Ermənistan çox çətin vəziyyətə düşüb. Çünki həmin müharibə göstərib ki, Azərbaycan çox güclü orduya malikdir və istənilən təcavüzü dəf etməyə hazırdır. Ermənistan ordusunu da sürətlə məğlub edə bilər.

Levon Ter-Petrosyanın etirafları Ermənistanın siyasi səhnəsində müəyyən dəyişikliklərin baş verməsi əlaməti sayıla bilər. Görünür, ermənilər tədricən anlayırlar ki, Azərbaycanın sürətli inkişafının qarşısında dayana bilməyəcəklər, buna görə də nəyi isə xilas etməyə çalışırlar. Bacaracaqlarmı?

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir