Kəlbəcər sakinlərinin müraciətləri dinlənilib
Bakı, 3 avqust, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 3-də Kəlbəcər şəhərində vətəndaşların müraciətlərini dinləyib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, maarifləndirmə işinin genişləndirilməsi, dini təhsil, işlə təmin olunma, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.