İQTİSADİYYAT
KƏNDLƏRDƏ ELEKTRON ATS-LƏR
Biləsuvar rayonun Əskərabad kəndində 256 nömrəlik yeni avtomat telefon stansiyası istifadəyə verilmişdir. Stansiyada Türkiyədə istehsal olunmuş müasir avadanlıq quraşdırılmışdır. Bunun sayəsində abonentlər çıxış kodundan istifadə etmədən rayonun mərkəzi ATS-inə, şəhərlərarası və beynəlxalq telefon stansiyalarına birbaşa qoşula bilirlər.
Tezliklə Ağəyni kəndində də belə bir ATS işə salınacaqdır. Rabitəçilər rayonun Nərimankənd kəndindəki köhnə ATS-i yenidən qururlar.
X X X
YENİ PARK SALINIR
Yeni Azərbaycan Partiyasının 10 illiyi şərəfinə Masallı şəhərində yeni park salınır. Bunun üçün Viləşçayın yatağı boyunca təqribən 3 hektar torpaq sahəsi ayrılmışdır. Burada istirahət üçün hər cür şərait yaradılacaq, bu yerlər üçün yeni olan evkalipt, dəmirağacı, küknar, ipək akasiyası, çinar əkiləcəkdir. Şəhərin mərkəzi parkı da yenidən qurulur.