“Kəpəz” nəşriyyat evinin “Litterosa” jurnalının yeni nömrəsində...
Strasburq, 1 aprel, AZƏRTAC
Strasburqda dünya və Azərbaycan ədəbiyyatı, eləcə də yazıçıları haqqında məlumat verən “Litterosa” dərgisinin aprel-iyun nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, nəşrin bu nömrəsində Ülkər Müllerin “Şərqin Molyeri Mirzə Fətəli Axundzadə”, Yazıçılar Birliyinin üzvü Qəşəm Nəcəfzadənin Jan Mari Fleman tərəfindən tərcümə edilmiş şeirləri, akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı antologiyası”na dair məqaləsi dərc olunub.
Həmçinin dünya ədəbiyyatı rubrikasında Nobel mükafatçısı Patrik Modianonun mükafat alanda etdiyi çıxışı, Sartr və mövcud olma fəlsəfəsinə dair məqalə, çexiyalı Karel Çapekin həyat və yaradıcılığına dair məlumatlar yer alıb.
Jurnal “Kəpəz” nəşriyyatının kitablarına əlavə edilərək oxuculara hədiyyə edilir. Bu dərgi fransızlara Azərbaycan romanları, həmçinin yazıçılarımızla tanış olmaq imkanı yaradır.
Qeyd edək ki, martın 24-də “Kəpəz” nəşriyyat evi tərəfindən tərcümə və nəşr edilmiş və XIX-XXI əsr Azərbaycan yazıçılarının hekayələri yer alan “Azərbaycan ədəbiyyatı antologiyası” kitabının təqdimatı keçirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]