KİÇİK QRANTLAR PROQRAMI ÇƏRÇİVƏSİNDƏ LAYİHƏ HAZIRLANMIŞDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dünya Bankı (DB) ilə birgə həyata keçirdiyi kiçik qrantlar proqramı çərçivəsində Azad İstehlakçılar Birliyi tərəfindən istehlakçı hüquqlarına dair veb-səhifə (http://www.consumer-aib.com/) hazırlanmışdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, həmin layihə bu proqram çərçivəsində hazırlanmış üçüncü layihədir.
Xatırladaq ki, “İnformasiya cəmiyyəti - inkişafın yeni mərhələsi” mövzusunda keçirilən qrant müsabiqəsinin yekunlarına görə 7 qalib müəyyənləşmişdir. Təqdim olunan layihələr yeni informasiya texnologiyalarının tətbiqi, təhsil və səhiyyə sahəsində islahatlar, büdcə şəffaflığı və antikorrupsiya, gənclərin vətəndaş cəmiyyətinə inteqrasiyası, sosial müdafiə tədbirləri, ictimai şəffaflıq, yoxsulluğun azaldılması və insan haqlarının qorunması kimi problemlərin həlli məsələlərini əhatə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]