KİKBOKSÇU FUAD ZEYNALOV AZƏRBAYCANA İKİ QIZIL MEDAL GƏTİRMİŞDİR
Bakı, 18 noyabr (AZƏRTAC). Kişinyovda “A” dərəcəli beynəlxalq turnir - Dünya Həvəskar Kikboksinq Assosiasiyasının (WPKA) versiyasında kikboksinq üzrə Avropa çempionatı başa çatmışdır.
Turnirin kuliminasiyası yarışın sonuncu günü olmuşdur. Qitənin ən yaxşı kikboksçuları K-1 və lou-kik növlərində mübarizə aparmışlar. Azərbaycan kikboksçuları beş qızıl medal qazanmışlar. Yaşlılar arasında Fuad Zeynalov (81 kq), Aydın Vəliyev (64 kq) və Nurlan Qədimov (57 kq), gənclər arasında Nikita Bolşakov (81 kq) Avropa çempionu olmuşlar. “Sərhədçi” Olimpiya İdman Mərkəzinin baş məşqçisi leytenant Fuad Zeynalov K-1 və lou-kik bölmələrində 2 qızıl medala layiq görülmüşdür. Aydın Vəliyev və Nurlan Qədimov öz çəki dərəcələrində lou-kik versiyası üzrə qızıl medal qazanmışlar.
Vətənə gümüş medalı Eyyub Quliyev (71kq), bürünc mükafatı isə Tinavas Lacer (67 kq) gətirmişlər.
Xatırladaq ki, Fuad Zeynalov 2009-cu ildə İspaniyada dünya çempionu, 2008-ci ildə Dünya kubokunun sahibi olmuşdur.
Moldovada WPKA oriyental kikboksinq üzrə Avropa cempionatında 25 ölkədən 700-dək idmançı iştirak etmişdir. Ən yaxşı nəticələri Azərbaycan, Belarus, Gürcüstan və Rusiya yığmaları göstərmişlər. Görüşlər doqquz kateqoriyada, o cümlədən ful-kontakt, layt -kontakt, semi-kontakt, lou-kik, K-1 və digər kateqoriyalar üzrə keçirilımişdir. Oriyental üzrə görüşlər qarışıq üslublu qaydalarla keçirilir. Bu isə harmonik fiziki və mənəvi tərbiyə üçün yaxşı məktəbdir.
######
![]() |
![]() |

