İDMAN
Kişilər arasında çimərlik voleybolunun finalına Latviya və Rusiya komandaları çıxıb [YENİLƏNİB]
Kişilər arasında çimərlik voleybolu yarışlarının finalçıları müəyyənləşib.
İlk yarımfinal oyununda Latviyanı təmsil edən Martins Plavins-Haralds Reqza cütlüyü çexiyalı voleybolçular Premışl Kubala-Yan Hadrava 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.
Digər yarımfinal qarşılaşmasında isə rusiyalı duet Dmitriy Barsuk-Yaroslav Koşkarev İsveçrə təmsilçiləri Aleksey Strasser-Qabriel Kissinq cütlüyündən üstün olub - 2:0.
Beləliklə, bu gün saat 21:00-da keçiriləcək final oyununda Latviya və Rusiya cütlükləri qarşılaşacaq. Bürünc medal uğrunda isə Çexiya və İsveçrə voleybolçuları mübarizə aparacaqlar.
10:01
Bakı, 21 iyun, N.Həsənzadə, AZƏRTAC
İyunun 21-də “Bakı-2015” birinci Avropa Oyunlarının çimərlik voleybolu yarışlarında yarımfinal qarşılaşmalarına start verilib.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışın yarımfinalında çexiyalı Premışl Kubala-Yan Hadrava dueti ilə latviyalı Martins Plavins və Haralds Reqza ilə üz-üzə gələcək. Digər yarımfinal görüşü isə Rusiya və İsveçrə təmsilçiləri arasında oynanılacaq. Rusiyanı Dmitri Barsuk və Yaroslav Koşkarev, İsveçrəni isə Aleksey Strasser və Qabriel Kislinq təmsil edəcəklər.
Xatırladaq ki, kişilərin yarışında Azərbaycanı təmsil edən idmançılar Neilton Santos və Yaroslav Rudıx onaltıdabir final mərhələsində Latviya voleybolçuları Martins Plavins-Haralds Reqzaya məğlub olaraq mübarizəni dayandırıblar.