İDMAN
Kişilər arasında voleybol yarışının səkkizinci günü maraqlı qarşılaşmalarla yadda qalıb [YENİLƏNİB]
Almaniya voleybolçuları italiyalı rəqiblərini 3:0 (25:18, 25:22 və 27:25) hesabı ilə məğlub ediblər.
22:30
Günün sonuncu qarşılaşması Almaniya və İtaliya voleybolçuları arasında keçirilir. İlk set almanların üstünlüyü ilə başa çatıb - 25:18.
21:40
Polşa voleybolçuları üçüncü setdə 17:25 hesabı ilə qalib gəliblər.
21:12
Polşa voleybolçuları ikinci seti də qələbə ilə başa vurublar - 13:25.
20:40
“A” qrupunda mübarizə aparan Azərbaycan milli komandası hazırda Polşa voleybolçuları ilə qarşılaşır. İlk set polşalıların üstünlüyü ilə başa çatıb - 14:25.
18:50
“B” qrupunun lideri Rusiya voleybolçuları Bolqarıstan komandasına 1:3 (22:25, 25:18, 23:25 və 17:25) hesabı ilə məğlub olublar.
16:26
Serbiya və Finlandiya komandalarının görüşü başa çatıb. Serbiyalılar rəqibə çətinlik çəkmədən qalib gəliblər - 3:0 (25:16, 28:26, 25:20).
Bir qədər sonra meydançaya Bolqarıstan və Rusiya voleybolçuları çıxacaqlar.
Bu gün, həmçinin Azərbaycan-Polşa qarşılaşması da keçiriləcək.
14:36
Daha inamlı oyun nümayiş etdirən Slovakiya komandası Belçikanı 3:1 (25:22, 19:25, 25:21 və 25:19) hesabı ilə məğlub edib.
Hazırda Serbiya və Finlandiya komandaları qarşılaşır.
12:07
Bakı, 20 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
“Baku Crystall Hall”da kişi voleybolçular arasında oyunlar davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 20-də “A” qrupunda Türkiyə millisi ilə qarşılaşan Fransa yığması 3:0 (25:23; 25:19; 25:16) qalib gəlib.
Gün ərzində daha beş oyun keçiriləcək. “A” qrupunda yer alan Azərbaycan millisi saat 20.00-da Polşa yığması ilə üz-üzə gələcək. Həmçinin bu qrupda Serbiya və Finlandiya yığmaları da qarşılaşacaq.
Hazırda Slovakiya və Belçika komandaları qarşılaşır. “B” qrupunda Rusiya-Bolqarıstan və Almaniya-İtaliya görüşləri də keçiriləcək.