Kitabxanada Beynəlxalq Ana Dili Günü münasibətilə silsilə materiallar hazırlanıb
Bakı, 21 fevral, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar biblioqrafik icmal, virtual və ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Ana Dili Gününün tarixindən, məqsəd və əhəmiyyətindən bəhs edən materiallarda hər bir insanın öz ana dilini yaxşı bilməsi və onu qoruması fikri əsas götürülüb.
Materiallarda bu tarixi günün inkişaf mərhələlərindən ətraflı bəhs edilib, ana dilinin qorunması sahəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fikirləri, imzalanan qanun və sərəncamlar öz əksini tapıb.
Biblioqrafik icmalda “Heydər Əliyev və Ana dili” məqaləsinin tam mətni ilə yanaşı, “Heydər Əliyevin dil siyasəti”, “Dilçiliyə giriş”, “Dil mədəniyyəti”, “Qədim türk yazılı abidələrinin dili”, “Dilimiz - varlığımız”, “Azərbaycan dövlət dili siyasəti”, “Azərbaycan: Dil, ədəbiyyat və mədəniyyət”, “Tarixi yaddaş milli dil güzgüsündə” kimi 30-a yaxın kitabın biblioqrafik təsviri və annotasiyası təqdim edilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarla bu link vasitəsilə https://ryl.az/multimedia/21-fevral-beynelxalq-ana-dili-gunudur, https://ryl.az/funds/biblioqrafik-icmal, https://ryl.az/our-activity/21-fevral-beynelxalq-ana-dili-gunudur tanış olmaq olar.