KİV: Tunisin paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib
Bakı, 27 iyun, AZƏRTAC
Tunisin paytaxtında baş vermiş iki partlayış və səhhətinin kəskin pisləşməsi ilə bağlı hərbi hospitala yerləşdirilmiş 92 yaşlı dövlət başçısı Beji Kaid əs-Sebsinin vəziyyəti barədə şayiələr fonunda ölkənin əsas şəhərində təhlükəsizlik səviyyəsi yüksəldilib.
AZƏRTAC Al Arabiya telekanalına istinadla xəbər verir ki, təhlükəsizlik tədbirləri, ilk növbədə, ictimai yerlərdə və şəhərin baş aeroportunda gücləndirilib.
Xatırladaq ki, cümə axşamı günü Tunisin paytaxtında iki partlayış baş verib. Partlayışlardan biri Fransa səfirliyinin binasından yüz metr aralıda, digəri isə Milli Antiterror İdarəsinin avtomobil dayanacağında törədilib. Dəqiqləşdirilmiş məlumata görə, terror aktları nəticəsində bir polis işçisi həlak olub, daha səkkiz nəfər isə yaralanıb.
Tunisdə 2015-ci il noyabrın 24-də, onlarla insanın ölümünə və yaralanmasına səbəb olmuş silsilə terror aktlarından sonra fövqəladə vəziyyət tətbiq olunub. Həmin gündən başlayaraq indiyədək fövqəladə vəziyyət rejimi hər üç aydan bir uzadılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]