Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiyevdə Ukrayna-Azərbaycan dialoquna həsr olunmuş dəyirmi masa keçirilib

Bakı, 18 iyul, AZƏRTAC

Ukraynanın “Böhran Media Mərkəzi”ndə “Ukrayna-Azərbaycan: qlobal dünya nizamı çağırışları şəraitində strateji tərəfdaşlıq. Üçüncü dialoq” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı Marına Qonçarukun sözlərinə görə, cari il ərzində analitiklər, ekspertlər, xalq deputatları və məmurlar Ukrayna ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını müzakirə etmək üçün bu dialoq platforması çərçivəsində sistemli şəkildə toplaşır, münasibətlərin optimallaşması üzrə imkanlar ətrafında fikir mübadiləsi aparırlar.

Ukraynanın xalq deputatı, parlamentin energetika və mənzil-kommunal xidmətləri məsələləri üzrə komitənin üzvü, enerji qənaəti və enerji səmərəliliyi məsələləri üzrə alt komitənin sədri Sergey Naqornyak deyib: “Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım çərçivəsində elektrik avadanlıqları alınması və göndərilməsi üçün əlavə 7,6 milyon dollar ayrılmasına dair Sərəncam imzalayıb. Mən Rusiyanın tam miqyaslı müdaxiləsindən sonra daim hiss etdiyimiz yardımlara, sistematik dəstəyə görə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”.

Deputat vurğulayıb ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi onlar üçün mühümdür, tam miqyaslı təcavüzün ilk günlərində isə böyük humanitar yardım paketi, o cümlədən dərmanlar və tibbi avadanlıq göndərilib. Həmin vaxtdan humanitar yardımlar sistematik xarakter alıb.

Sergey Naqornyak qeyd edib: “2022-2023-cü illərin qış mövsümü bizim üçün çox çətin olub. Azərbaycanın yardımı bu ağır dövrdə bizə kömək edib. İndi də Ukraynanın energetika sektoruna yardım ayrılıb. Bu, büzüm üçün çox mühümdür, çünki enerji sistemini bərpa edərək qışa hazırlıq görürük”.

Xalq deputatı onu da qeyd edib ki, enerji sisteminin bərpasına azərbaycanlı sahibkarlar da cəlb oluna bilər. Onun sözlərinə görə, işlərin böyük əksəriyyəti dövlət kompaniyaları tərəfindən anons edilir. “Ukrhidro”, “Ukrenerqo”, “Enerqoatom”, digər operatorlar iş icraçılarını, o cümlədən əcnəbiləri cəlb edəcək. Ukraynanın xalq deputatı vurğulayıb: “Ona görə də azərbaycanlı tərəfdaşları bu proseslərdə iştirak etməyə dəvət edirəm. Onlar bazarda layiqli rəqabət nümayiş etdirə bilərlər. Təkcə energetika sahəsinin bərpası üzrə bazar isə milyardlarla dollar məbləğində qiymətləndirilir”.

Energetika, neft və qaz bazarı üzrə ekspert Kənan Cəfərov Ukrayna ilə Azərbaycan arasında neft-qaz sektorunda əməkdaşlıqdan bəhs edib, həmçinin Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində artan rolunu vurğulayıb. Ekspert qeyd edib: “Azərbaycan neft-qaz layihələri üzrə böyük təcrübəyə malikdir, biz regionda ən böyük neft ixracatçılarından biriyik. Ölkəmiz bu layihələri hələ 1990-cı illərdə - bizdə vəziyyətin ağır olduğu, ölkəmizin ərazisinin işğal edildiyi və müxtəlif çağırışlarla üzləşdiyimiz dövrdə inkişaf etdirməyə başlamışıq. Bildiyimiz kimi, 2022-ci ildə Avropaya qaz tədarükünün şaxələndirilməsi məsələsi kəskin şəkildə qaldırıldı. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması və dəstəklənməsi üçün fəallığı artıran beş ölkənin sırasına daxildir. 2027-ci ildə Avropa bazarına təbii qazın tədarükünün 17-20 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur”.

Bu yaxınlarda Ukrayna və Azərbaycan növbəti ildə yük daşımaları üzrə razılıq əldə ediblər. Bu qərar beynəlxalq avtomobil əlaqələri sahəsində “Ukrayna-Azərbaycan Qarışıq Komissiyası”nın iclasında qəbul olunub. Bu barədə dəyirmi masa zamanı Ukraynanın İcmalar, Ərazilər və İnfrastrukturun İnkişafı Nazirliyinin beynəlxalq avtomobil daşımaları İdarəsinin rəhbəri Katerina Onişenko təfsilatı ilə bəhs edib.

O vurğulayıb: “Azərbaycan çox etibarlı tranzit tərəfdaşıdır və mürəkkəb şəraitlərdə dəfələrlə bizə həll yolları axtarmaqda kömək edib. Məsələn, 2016-cı ildə bizim Qırğızıstan və Qazaxıstana tranzit yollarımız bloklanmışdı. Biz azərbaycanlı həmkarlarla alternativ yollar üzərində çalışa bildik. Qeyd etməm istərdim ki, bizim Azərbaycanla TRASEKA və GUAM təşkilatları çərçivəsində fəal əməkdaşlığımız mövcuddur. Bu, ölkələrimizin maraqları naminə operativ qərarlar qəbul etməyə imkan verir. Qəbul olunmuş razılaşmaya qayıdaraq qeyd edim ki, onun sayəsində hər ölkənin universal icazələrinin sayı 88 faiz artacaq. Azərbaycanlı həmkarlara məhsuldar və operativ əməkdaşlığa görə təşəkkür etmək istəyirəm, logistik marşrutların dəyişdiyi bir şəraitdə bizim qarşımızda duran problemlərin həllində onların köməyini xüsusi qeyd edirəm” .

Ümumilikdə, növbəti ildə yükdaşıyıcıları üçün hər bir ölkənin payına 11 min 550 icazə düşəcək, onlardan 6 mini universal, 5 mini tranzit, 500 üçüncü ölkələrə və əks istiqamətlərə daşımalar, 50-si sərnişin daşımaları üzrədir.

“Milli Antiböhran Qrupunun” icraçı tərəfdaşı Taras Zaqorodni Ukrayna və Azərbaycanın əməkdaşlıq edə biləcəyi nəqliyyat dəhlizlərindən bəhs edib. O qeyd edib: “Geosiyasi dəyişikliklərlə bağlı Azərbaycanın rolu artacaq, bizim üçün isə ümumi maraqlarımızı həyata keçirə biləcəyimiz istiqamətlərdə əməkdaşlıq etmək, çağırışlara və təhdidlərə qarşı durmağa imkan verəcək təcrübə mübadiləsi aparmaq vacibdir”.

“Doktrina” siyasi tədqiqatlar mərkəzinin sədri Yaroslav Bojko bununla bağlı bildirib: “Azərbaycan müxtəlif sahələrdə, o cümlədən Türk dünyası ilə əməkdaşlıq çərçivəsində Ukraynanın əsas tərəfdaşlarından biridir. Eyni zamanda, Azərbaycan bütün regiona münasibətdə strateji sabitlik ölkəsi kimi bizim üçün maraqlıdır. Həmçinin iqtisadi-ticari əməkdaşlığın inkişafına daha çox diqqət yetirilməlidir. Bu, bizim dialoqun çox mühüm tərkib hissəsidir”.

Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin direktoru Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan kiçik ittifaqların inkişafına böyük diqqət yetirir. Onun sözlərinə görə, məhz bu platforma dünyanın yeni nizamı arxitekturasının qurulması dövründə regionların təhlükəsizliyi və həyati fəaliyyətinin təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Ekspert Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı çərçivəsində mövcud olan beynəlxalq platformalardan da bəhs edib.

Topçubaşov Analitik Mərkəzinin direktoru Rusif Hüseynov GUAM kimi beynəlxalq əməkdaşlıq platformalarının perspektivləri üzərində dayanıb, beynəlxalq dialoqun digər iştirakçılarının yeni layihələr və qarşılıqlı fəaliyyət imkanlarında bəhs edib.

Azərbaycanlı analitik Əli Hacızadə ölkələrimizin məruz qaldığı informasiya müharibəsindən, həmçinin beynəlxalq təhlükəsizliyin möhkəmlənməsi və bu istiqamətdə əməkdaşlıq imkanlarından danışıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir