İQTİSADİYYAT
KOB evlərində sahibkarlara 44 minə yaxın xidmət göstərilib
![](/files/galleryphoto/2022/3/1200x630/16620353323105652379_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16620353324638561031_1200x630.jpg)
Bakı, 1 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust ayları ərzində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 43 min 745 xidmət göstərilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, bu xidmətlərin 16 min 508-i “Xaçmaz KOB evi”, 27 min 237-si isə “Yevlax KOB evi” tərəfindən həyata keçirilib. Göstərilən xidmətlərin 41 min 759-u dövlət-biznes (“G2B”), 1986-sı isə biznes-biznes (“B2B”) xidmətləridir. KOB evinə sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir.
Qeyd edək ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.