KOBİA Qarabağda biznes qurmaq üçün 1300-dən artıq müraciəti qeydə alıb
Bakı, 17 noyabr, AZƏRTAC
Qarabağ regionunun işğaldan azad edilməsi ilə yeni ehtiyatların və sərvətlərin iqtisadi dövriyyəyə cəlb edilməsi, eləcə də beynəlxalq əhəmiyyətli daha effektiv kommunikasiya xətlərinin yaradılması imkanları ölkəmizin investisiya potensialını daha da artırır. Bu bölgənin özünəməxsus təbii müqayisəli üstünlükləri ilə yanaşı, Azərbaycan Hökuməti tərəfindən təqdim ediləcək imtiyaz, güzəşt və dəstək alətləri Qarabağ regionunu bizneslər üçün daha cəlbedici edəcək. Qarabağda biznes qurmaq üçün daxil olan müraciətlərin intensivliyi, əhatə dairəsi və təkliflərinin çeşidi artıq indidən bunu deməyə əsas verir. Bu günə qədər müxtəlif sektorları əhatə edən 1300-dən artıq müraciət KOBİA tərəfindən müvafiq formaya uyğun qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
KOBİA-nın İdarə Heyətinin sədri qeyd edib ki, bu müraciətlərin təqribən 55 faizi xarici investor və bizneslərdən daxil olub. Xarici müraciətlər Avropa, Asiya və Amerika daxil olmaqla kifayət qədər geniş coğrafi landşaftı və 40-a yaxın ölkəni əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]